
19,000 nəfərlik YTL Arena ilk dəfə 2018-ci ildə elan edilib və Filtonda yerləşən Brabazon inkişaf layihəsinin mərkəzi olması planlaşdırılır. Bu layihə çərçivəsində 6,500 ev də inşa ediləcək.
Bu nəhəng layihə dəfələrlə gecikib, Malayziya şirkəti YTL əvvəlcə arenanın 2022-ci ildə açılacağını bildirmişdi.
Lakin YTL UK-nin baş icraçı direktoru Colin Skellett indi layihənin "başlamağa hazır" olduğunu deyir və əlavə edir ki, "çox qiymətləndirmə, çox təfərrüat" işi aparılıb.
Şirkətin bu tarixə nə dərəcədə əmin olduğu soruşulduqda, o cavab verib: "Sizə verə biləcəyim ən yaxşı zəmanət budur."
Brabazon arenası əvvəllər Bristol Temple Meads dəmiryolu stansiyasının yanında planlaşdırılan və bələdiyyə tərəfindən dəstəklənən layihəyə daha sərfəli alternativ kimi təqdim edilib.
Bu layihə ilk dəfə 2003-cü ildə təklif edilsə də, tikinti işlərinə heç vaxt başlanılmayıb.
Layihə Filtona köçürüldükdən sonra isə yenidən gecikmələr yaşanıb və kənardan baxanda nəhəng mövcud təyyarə anqarlarının dəyişmədiyi görünür.
YTL bəzi daxili hazırlıq işlərinin görüldüyünü bildirir, lakin cənab Skellett izah edib ki, Covid-19 pandemiyası işləri geri salıb.
Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva
