Bu gün:

Dünyada ən maraqlı 7 yer


Dünyada bilmədiyimiz görməli yerlər çoxdur. İndi isə bu yazıda dünyanın ən maraqlı yerlərindən danışacağıq.


1.Pələng yuvası məbədi-Butan

400 metr yüksəklikdə yerləşən 3000 illik Takzanqməbəd kompleksi də bu mağaranın içərisindədir. Butanın təbii mağaralarından ibarət olan bu məbəd buddistlər üçün də müqəddəsdir. Məbədin əsl önəmi buddizmi Butana gətirən Padmasambhavanın 8-ci əsrdə burada 3 il, 3 ay, 3 həftə, 3 gün və 3 saat meditasiya etdiyinə inanılır.


2.Cəhənnəm qapısı-Türkmənistan 

Bu yer 70-ci illərdə insan əlləri ilə yaradılmışdır. Ərazidə təbii qaz partlaması baş verir. Burada sovet mühəndisləri həmin axan artıq təbii qazı alovlandırdıqda baş verdi. Yanğının bir neçə həftədən sonra sönəcəyinə inanılırdı, lakin təxminən 40 ildir ki, qaynar palçıqla doludur və 70 metr enində nəhəng bir çuxur meydana gəlib. Bura "Cəhənnəm qapısı" adlanır, çünki oda çox yaxınlaşsanız, özünüzü cəhənnəmdə hiss edə bilərsiniz.


3. Şampan hovuzu, Vayotapu - Yeni Zelandiya

Maori döyüşçülərinin ağrıyan əzələlərinə və ruhların rahatlaşdırmaq üçün bura gətirmişlər və  bura 900 il əvvəl meydana gəlmişdi. Vayotapunun bənzərsiz rəngi qaynayaraq yerdən gələn suyu müxtəlif minerallardan təşkil olunmuşdur və onu dünyanın ən maraqlı yerlərindən birinə çevirir.


4.Yeddi nəhəng qayalar-Sibir, Rusiya

Sibirin ortasında, Şimali Uralda yerləşən qayalar əfsanəyə görə, qaçarkən donmuş əsl nəhəng əsgərlər idi. Dünyada çox tanınmasa da, Rusiyada çox məşhur olan bu qayaların göyərtəsi 30-40 metr hündürlüyündə dəyişir. Ora səyahət etmək olduqca çətindir, lakin təcrübəli alpinist Stefan Glovach "Red Bull 7 Giants" layihəsi sayəsində qayaların zirvələrinə çatmağı bacardı.


5.Mələk şəlaləsi-Venesuela

Venesuelada təxminən 1000 metr hündürlüyündə olan Mələk şəlaləsi davamlı olaraq dayanmadan axan dünyanın ən hündür şəlaləsi hesab olunur. Auyantepui dağındakı Canaima Milli Parkında yerləşən bu yer həm də Pixarın "Up"adlı filminin mövzusu idi (orada "Cənnət şəlaləsi " adlanırdı). Burada ilk dəfə şəlaldən yerə enən amerikalı pilot Jimmy Angelin adını daşıyır.


6.Ayrılmış alma qayası

Tasman körfəzindəki çimərlikdə yerləşən bu qəribə və təbii quruluş, ortadan parçalanmış bir almaya bənzədiyi üçün bu adı aldı. Artıq turistlər üçün populyar bir məkana çevrildi, baxmayaraq ki, heç kim bunun necə baş verdiyini və haradan gəldiyini bilmir.


7.Buzluca abidəsi-Bolqarıstan

Gördüyünüz Darth Vaderin hücum etdiyi kosmik gəmi deyil. Bu, Sovet İttifaqı tərəfindən 1981-ci ildə tikilmiş və indi xarabalıqda olan Buzlucanın abidəsidir. Divarlarda sovet və Bolqarıstan tarixini əks etdirən rəsmləri olan binanın damı misdən hazırlanmışdır və zaman keçdikcə bu qiymətli metal sökülüb pas atmışdır.

Mənbə: redbull.com

Tərcümə etdi: Tərlanə Abdullayeva

 

Paylaş
Şərh əlavə et