Bu gün:

Bütün jurnalistlər eyni bacarıqlara malik olmalıdırlar ki…


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı anews.az saytının baş redaktoru Nailə Balayevadır. O, azərbaycanlı jurnalistlərin xarici mediada işləmək üçün nələri bilməli olduğundan danışıb.

-Azərbaycanda  jurnalistlər xarici medialarda işləyə bilmək üçün hansı bilik və bacarıqlara sahib olmalıdır?

Bütün jurnalistlər eyni bacarıqlara malik olmalıdırlar ki, mətbuatda düzgün çalışsınlar. Əslində, xarici media ilə yerli media heç nəyi ilə seçilməməlidir. Amma təəsüf ki, bu bizim ölkədə belə deyil. Bizim ölkədə mövzulara dünyada baxıldığı kimi baxılmır və mediada olan janrlara münasibət də bütün dünyadakından fərqlidir. Digər ölkələrdə istər Fransa, Rusiya istərsə də Türkiyə, ABŞ-da jurnalistlər eyni cür yazır. Həmçinin istənilən jurnalistin dil biliyi, nəzəri biliyi  və müstəqil düşünmək bacarığı varsa, o istənilən xarici media qurumunda işləyə bilər. Əlavə olaraq xarici mediada işləmək üçün hadisələrə qlobal baxmalı, tərəfsiz, müstəqil düşüncəli olmalı, hər hansı problemi işıqlandırdıqda neytrallığını saxlamağı bacarmalı, və sadalağım bu qaydalara əməl etmək lazımdır. Həmçinin xəbərə uyğun və düzgün başlıq yazmalı, material hazırlayarkən öz hislərinə yer verməməlisən. Həmçinin bizim ölkədə səhv formalaşan belə bir fikir var ki,” bloq yazısı 4 abzasdan ibarət olmalıdır” amma guardian da 30-33 min işarəlik bloq yazıları belə var. Əslində, bizdə mətbuat belə deyil. SSRİ dağılanda, müstəqil Azərbaycan mətbuatı formalaşanda “Assa-İradə”, “ Turan” xəbər agentlikləri var idi və biz digər dünya ölkələri kimi yazırdıq. Amma bizdə yazı ənənəsi dəyişməyə başladı. Ümumilikdə, xarici mediada işləmək üçün əsas dil biliyi və standartlara uyğun yazmaq lazımdır. Vacib xüsusiyyətlərdən biri də qlobal düşünməkdir. Yəni hazırladığın materialın digər ölkələrdə yaşayan vətəndaşlar üçün nə qədər informativ və maraqlı olmasına baxmalısan.

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et