Bu gün:

"Joan Miró və qızı Dolores"- Baltus


"İncəsənətin inciləri" rubrikası Baltusun "Joan Miró və qızı Dolores" əsərini təqdim edir. 

Baltusz Klossowski de Rola daha çox Baltus (Balthus) adı ilə tanınan fransız rəssam olub. O, 1908-ci ildə Polşa mənşəli ailədə anadan olub və 2001-ci ildə dünyasını dəyişib. Baltus klassik sənət ənənələrini modern üslubla birləşdirən nadir rəssamlardan biri olub.

Onun əsərləri sirli, dərin psixoloji çalarları və realist detalları ilə seçilir. O, xüsusilə gənc qızların təsvirlərinə üstünlük verib. Baltusun ən tanınmış əsərlərindən biri "Küçədəki Katya" tablosudur. O, sənətində erotizm, nostalgiya və gərgin atmosfer yaratmaq bacarığı ilə yadda qalıb.

"Joan Miró və qızı Dolores" əsərində ata və qız təsvir olunub. Joan Miró ispan rəssam və heykəltəraş olub. O, sürrealizm hərəkatının əsas nümayəndələrindən biri kimi tanınır. Mirónun üslubu parlaq rənglər, sadələşdirilən fiqurlar və abstrakt formalardan ibarət olub. Onun əsərləri uşaq fantaziyasına bənzəyən sadə, lakin dərin məna daşıyan təsvirlərlə doludur. Mirónun qızı Dolores Miró atasının sənət irsinin qorunmasında və tanıdılmasında mühüm rol oynayıb. Joan Mirónun unikal üslubu XX əsr incəsənətində mühüm yer tutur və onun əsərləri bu gün də dünyanın müxtəlif muzeylərində sərgilənir.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et