Bu gün:

Memarlıq kraliçası


Zaha Hadid Bağdadda Mosuldan olan zəngin sənayeçi və siyasətçinin ailəsində anadan olub. Zaha Hadid kiçik yaşlarından daim xəyal qurur, müxtəlif binalar və qəribə formalı obyektlər yaradıb. 


Ali təhsilinə Beyrut Amerika Universitetində riyaziyyat üzrə təhsil alaraq başlayıb. Daha sonra İngiltərəyə köçüb, burada Harvard Graduate Design School-da memarlıq təhsili alıb və sonra məşhur memar Rem Koolhaasın yanında təhsil alıb. Kulhaas Zahanı özünün ən istedadlı tələbəsi hesab edir və onu “öz orbitindəki planet” adlandırıb. Şübhəsiz ki, Kuhaas “dekonstruktivizm nəzəriyyəçisi” olaraq Hadidə böyük təsir göstərib.


Uzun illər əvvəl Hadid özünün “Zaha Hadid Architects” adlı memarlıq firmasını qurub. Onun məşhur imza üslubu şirkətin bütün layihələrində mövcuddur.

Ustadın əsərləri müxtəlifdir: şəxsi malikanələrdən tutmuş opera teatrlarına və futbol stadionlarına qədər. Binaların görünüşü heyrətamizdir, lakin bir çox tənqidçilər bu cür strukturların praktikliyini müzakirə edirlər. Zaha bütün şübhələri aradan qaldıraraq layihələrini bütün dünyada həyata keçirir. 


Məsələn, Qətərdəki futbol stadionu təkcə xarici görünüşü ilə deyil, həm də texniki qurğuları ilə diqqəti cəlb edir. Bunun sayəsində otağın ölçüsünü tənzimləmək, onu iki dəfə artırmaq və ya azaltmaq olar.


1980-ci ildə Zaha Hadid özünün Zaha Hadid Architects adlı memarlıq firmasını qurub.
Memar ən böyük mükafatlarını və beynəlxalq tanınmasını əlli yaşından sonra alıb. 2004-cü ildə Zaha Pritzker Mükafatını (memarlar üçün Nobel Mükafatının ekvivalenti) alan ilk qadın memar oldu ki, bu mükafatı indiyə qədər və ya ondan sonra heç bir qadın ala bilməyib. Onu tez-tez ən məşhur qadın memar adlandırırlar: o, haqlı olaraq cinsindən asılı olmayaraq dünyanın ən məşhur memarları onluğuna, hətta ilk beşliyinə də daxildir.


Onun dizaynı ilə tikilən binaları heç də boş yerə kosmik memarlıq adlandırmaq olmaz. Ölçüləri böyükdür, lakin çox üzvi görünür və yerə toxunmur. Bunlar uçurumun üstündən asılmış qayalıqlar, donmuş dalğalar, gəmi dirəkləri və ya kosmik gəminin yaşayış yerləridir. 


Onun layihəsi əsasında İngiltərə, Çin, Almaniya, İtaliya, Avstriya, Honq-Konq, Azərbaycan, ABŞ, Rusiya və digər ölkələrdə konsert salonları, xatirə və idman kompleksləri, yaşayış binaları və digər dövlət və özəl strukturlar tikilib.

Məsələn, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Bakının mərkəzinə enmiş yadplanetli gəmi kimi öz miqyası ilə heyran edir və bu orijinal memarlıq obyektini ilk dəfə görən hər kəsin təəccüblü baxışlarını cəlb edir. Bu bina Zaha sayəsində heyranlığa layiqdir.


Mənbə: dzen.ru 

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et