Bu gün:

"Anna Roslundun portreti"- Qabriele Münter


"İncəsənətin inciləri" rubrikası Münterin "Anna Roslundun portreti" əsərini təqdim edir.

1917-ci ilə aid bu portret Qabriele Münterin Birinci Dünya Müharibəsi zamanı Skandinaviyada qalması ilə yadda qalan ən introspektiv dövrünü əks etdirir. Yazıçı, musiqiçi və Skandinaviya avanqardının əsas siması olan Anna Roslund 20-ci əsrin əvvəllərində müasir, müstəqil qadınların simvoluna çevrilib. Portretdə onun rahat duruşu, inam, introspeksiya və cəsarətin qarışığını ifadə edir.

Münterin Roslund ilə yaxın əlaqələri olub və ikisi arasındakı bədii və intellektual yaxınlıq ilə daha da zənginləşib. Bu rəsm Münterin emosional vəziyyətləri araşdırmaq marağını parlaq rənglərlə zəngin palitrası ilə birləşdirir, formaları təsvir edən və demək olar ki, qrafik effekt yaradan tünd konturların istifadəsini vurğulayır. Roslundun fikirli baxışları və onun rahat davranışı ənənəvi gözləntilərə meydan oxuyan qadının mahiyyətini əks etdirir. Bu əsər həm də Münterlə Vasili Kandinskinin yaradıcılığında dərin iz qoyan ayrılığın təsirlərini əks etdirir. Kandinskinin itkisi ağrılı olsa da, bu dövr Münterə Matisse və Skandinaviya rəssamlarının təsirlərini mənimsəyərək bədii dilini yenidən düşünməyə imkan verib. Bu əsər Roslundu müasir qadın kimi göstərməklə yanaşı, Münterin öz emosional vəziyyətini və şəxsi təkamülünü əks etdirən portretdir.


Tərcümə etdi: Talehə Hüseynzadə 

Mənbə: historia-arte.com

Paylaş
Şərh əlavə et