5600 yaşlı mumiya indiyə qədər kəşf edilmiş ən qədim Misir mumiya reseptini aşkar edib.
"Fred" kimi tanınan bu mumiya misirlilərin 1500 ildir ki, elm adamlarının inandığından daha uzun müddət balzamlama təcrübələrindən istifadə etdiyini sübut edib.
İnanılmaz dərəcədə yaxşı qorunmuş 5600 yaşlı bir mumiya Qədim Misirdə balzamlama haqqında bildiyimiz şeylərin çoxunu indi təkmilləşdirib.
“Journal of Archaeological Science” jurnalında dərc edilən yeni bir araşdırma Qədim Misirdə balzamlama təcrübələrinin əvvəllər inanıldığından 1500 ildən çox əvvəl istifadə edildiyinə dair güclü sübutlar göstərib.
National Geographic-in məlumatına görə, tədqiqatçılar qrupu 100 ildən çox əvvəl kəşf edilmiş və 1901-ci ildən Turinin Misir Muzeyində saxlanılan müstəsna dərəcədə yaxşı qorunmuş mumiya olan “Fred”i araşdırdıqdan sonra bu qənaətə gəlib. Əvvəlcə muzeyə gətirildikdən sonra, mumiya heç bir əlavə qorunma metodundan keçməyib, bu isə o demək idi ki, o, ilk dəfə necə qorunduğuna dair araşdırma üçün mükəmməl bir mövzu olacaq.
Təxminən 5600 yaşında olduğuna inanılan Turin mumiyasının əvvəlcə qorunma anomaliyası olduğu düşünülüb. Fredin həddindən artıq səhra istisi ilə təbii olaraq qorunduğuna inanılıb.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
