Bu gün:

Turizmin sevimlisi Santorini indi xəyal şəhəridir


Yunanıstanın turizm mərkəzlərindən biri olan Santorini ard-arda baş verən zəlzələlər səbəbilə kabuslu günlər yaşayır. Bölgədə daha böyük zəlzələ riskinin qaldığını söyləyən Yunanıstan Zəlzələlərə Nəzarət Agentliyinin rəhbəri Efthimios Lekkas, "Bu, həftələr, hətta aylar çəkə biləcək uzun bir prosesdir" dedi. Fotolarda Santorinidəki son vəziyyət... 

İkonik ağ rəngli kub şəkilli memarlığı ilə Yunanıstanın ən əhəmiyyətli turizm məkanlarından biri olan Santorini adası, ardıcıl zəlzələlər və seysmik aktivliyə görə kabuslu günlər yaşayır. Adada seysmik və vulkanik fəaliyyətə görə fövqəladə vəziyyət elan edilərkən, AA pilotsuz aparatla dəstəklənən görüntülərdən istifadə edərək sakinlərinin də tərk etdiyi Fira qəsəbəsinin havadan görüntülərini çəkib. Ada boş küçələri, bir neçə pişiyi və görünən az adamı olan bir xəyal şəhərini xatırladır. Yunanıstan Zəlzələ ilə Mübarizə Agentliyinin (OASP) rəhbəri Efthimios Lekkas Santorini və Yamurgi adaları arasında seysmik aktivliyin uzun müddət davam edəcəyini və daha böyük zəlzələ riskinin davam etdiyini bildirib. Lekkas paytaxt Afinada jurnalistlərə açıqlamasında "Bu, həftələr, hətta aylar çəkə biləcək uzun bir prosesdir. Bu tip seysmik hərəkətlər asanlıqla bitmir" dedi. Lekkas, Santorini adasının son 30 ildə plansız bir şəkildə böyüdüyünü və qeyri-qanuni tikintilərin ciddi həddə çatdığını bildirib. O, bu vəziyyətin böyük risk yaratdığının vurğuladı. Yunanıstan Zəlzələ ilə Mübarizə Təşkilatının rəhbəri Lekkas əlavə edib: "Santorini adası vulkan püskürmələri, zəlzələlər, sürüşmələr və eroziya kimi təbii proseslər nəticəsində yaranıb. Bu gün insan müdaxiləsi bu təbii proseslərin fəlakətə çevrilməsinə səbəb olur".

Mənbə: NTV

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et