Bu gün:

Qin məzarı


Çinin qərbindəki Sian şəhərində yerləşən Qin Şihuanq qəbiristanlığı dünyanın ən böyük, ən maraqlı və zəngin imperiya qəbiristanlıqlarından biridir. Qəbiristanlıqda Qin Şihuanqı müşayiət edən heykəl ordusu çuxuru Misir piramidaları ilə müqayisədə "Dünyanın 8-ci Möcüzəsi" adlanır. 

Qin Şixuanq (e.ə. 259-210) Çin feodal cəmiyyətinin ilk imperatoru olub. Çin tarixinin ən mübahisəli simalarından biri olan Qin Şixuanq Çini birləşdirdikdən sonra ümumi pul vahidinin, yazının, uzunluq, həcm və çəki vahidlərinin tətbiqi kimi sosial iqtisadiyyatı və mədəni inkişafı sürətləndirən bir sıra tədbirlər görüb. Qin Şihuanq həmçinin özünü şimaldakı azlıqların hücumlarından qorumaq üçün xüsusi olaraq Böyük Divar tikdirib. Bu tədbirlər Qin Şihuanqın Çin tarixində tanınmış siyasətçi olmasına imkan verib. Digər tərəfdən, Qin Shuhiang çox qəddar bir insan olub və israfçı bir həyat sürüb. Qin Şihuanq insanların düşüncələrini məhdudlaşdırmaq üçün “kitabları yandırmağa, alimləri diri-diri basdırmağa” cəhd edib. Qin sülaləsinin hakimiyyətini qorumaq üçün Qin Şihuanq onun hakim fikirlərinə "əks" kitabları yandırıb və hətta onunla fərqli fikirdə olan alimləri diri-diri basdırıb. Bundan əlavə, Qin Shihuang hakimiyyəti dövründə öz məzarını və çox dəbdəbəli bir saray olan A'fanggong sarayını, işçi qüvvəsindən həddindən artıq istifadə edərək və həddindən artıq pul xərcləyərək tikdirib. Çinin birləşməsindən dərhal sonra Qin Şihuanq öz məzarının tikintisinə başlayıb. Qin Şihuanq türbənin tikintisi üçün 700 min insandan istifadə edib. Məzar 40 il, yəni imperator ölənə qədər tamamlanmayıb. 

Qin Şixuanq türbəsi Çinin Şaansi əyalətinin Sian şəhəri yaxınlığındakı Lişan rayonunda yerləşir. 56 kvadrat kilometr ərazini əhatə edən türbənin bünövrəsi düzbucaqlı formadadır. Onun bünövrəsi cənubdan şimala 350 metr, şərqdən qərbə 345 metr uzanır, hündürlüyü 76 metrə çatır. Ümumiyyətlə, məzar piramidaya bənzəyir. Çin arxeoloqlarının qazıntılarına görə, Qin Şihuanqın məqbərəsi ətrafında daha 500-dən çox məzar var. Bu türbələr arasında misdən hazırlanmış at arabasına minən Qin Şihuanqın təsvir olunduğu çuxur, atların sarayda qorunduğu tövlələri təsvir edən çuxur və Qin sülaləsi dövründə milyonlarla əsgərin varlığını simvolizə edən heykəlli ordu çuxurları var. 

Yeraltı heykəl ordusu dünyanın 8-ci möcüzəsi hesab olunur. Bu gözəl əsər təsadüfən tapılıb. 1974-cü ildə yerli kəndlilər quyu qazarkən çoxlu qırx saxsı qabı tapıblar. Kəndlilər əvvəlcə bunlara əhəmiyyət verməyiblər. Lakin sınmış saxsı qabları görən arxeoloq bunun böyük tapıntı olduğunu dərhal anlayıb və vəziyyəti rayon tarixi abidələr müdirliyinə bildirib. 

Beləliklə, dünyanı lərzəyə gətirən yeraltı heykəl ordusu tapılıb. İndiyədək 500 əsgər heykəli, 18 taxta döyüş arabası və 100-dən çox at heykəli aşkar edilib. Bu heykəl əsgərlərinin orta boyu 1 metr 80 santimetr civarındadır. Əsl insana bənzəyən bu heykəl əsgərlərinin hər birinin üz ifadəsi fərqlidir. Bütün bunlar Qin sülaləsi dövründə heykəltəraşlıq sənətinin əldə etdiyi yüksək səviyyəni əks etdirir. Yeraltı heykəl ordusuna bütün dünya heyrandır. Xarici turistlər uzaqlardan Çinə gəlir və Yeraltı heykəl ordusunu ziyarət edirlər. Bəzi ölkələrin liderləri də Çinə səfərləri zamanı Yeraltı heykəl ordusunu ziyarət etməyi xahiş edirlər. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan Yeraltı heykəl ordusunu "bəşəriyyətin böyük möcüzəsi" hesab edib. Artefaktın mühafizəsi texnologiyasının tələbləri və Çin hökumətinin Qin Şihuanq türbəsini daha yaxşı qorumaq istəyi ilə əlaqədar olaraq, hələlik imperatorun əsas məzarının qazılması planı yoxdur. Son illərdə Qin Şihuanq türbəsinin ətrafındakı məzarlarda 50 mindən çox mühüm tarixi əsər tapılıb. Bunların arasında nadir və çox qiymətli mis at arabaları çox diqqəti çəkir. Mis at arabası 1980-ci ildə Çin arxeoloqları tərəfindən tapılıb. Bu tip at arabaları əsasən misdən hazırlanır. Maşında qızıl və gümüşdən hazırlanmış ornamentlər var. Bu zərif dizayn edilmiş mis at arabası əsl at arabasından bir qədər kiçikdir. Bu vasvasılıqla təqlid edilmiş at arabasını görəndə hətta Qin Şihuanqın vaqonda oturma tərzi də ağlınıza gəlir. Ətrafdakı məzarların məzmunu və Çin tarix kitablarındakı qeydlərə görə, Qin Şihuanq türbəsi o dövrdə Qin sülaləsinin vəziyyətini göstərir. Qin Şihuanq öldükdən sonra idarəedənlər hakimiyyəti davam etdirmək istəyib. Lakin Qin Şixuanqın ölümündən cəmi üç il sonra Qin sülaləsi kəndli üsyanı ilə devrilib. 


Çin imperator məzarları arasında ən böyüyü olan və çox qiymətli əsərlərin basdırıldığı Qin Shihuang türbəsi 2 min ildən çox müddət ərzində bütün Çin tarixinə şahidlik edib. Qin Shihuang türbəsinin böyük tarixi dəyərinə görə, Qin Shihuang türbəsi və Yeraltı heykəl ordusu 1987-ci ildə YUNESKO tərəfindən Dünya Mədəni İrs Siyahısına daxil edilib.


Mənbə: turkish.cri

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et