
Fyodor Mixayloviç Dostoyevskinin qadınlar ilə münasibəti mürəkkəb və ağrılı mövzudur. Bir çox bioqraflar və yazıçının yaradıcılığının tədqiqatçıları onun əsərlərinə əsaslanaraq onları qeyri-sağlam münasibət hesab edirlər. Bu həqiqətən doğrudurmu? Parlaq klassikin qadınları kimlərdir?
"Ən dürüst qadın"
1854-cü ildə 4 illik ağır işdən sonra Semipalatinskdə hərbçi kimi xidmət edən Fyodor Mixayloviç Dostoyevski gömrük işçisi Aleksandr İvanoviç İsayevin həyat yoldaşı Mariya Dmitriyevna İsayeva ilə tanış olur.
O, çox ağıllı, savadlı, təsirli, və gözəl qadın idi. Buna baxmayaraq, o, “ səxavətli ürəyi”, “sonsuz mehribanlığı”, qüruru, müstəqilliyi, ərinin içki düşkünlüyünə tab gətirməsi, ev təsərrüfatını idarə etməsi, kiçik oğlu Paşanı böyütməsi ilə yazıçının qəlbini fəth etdi.
Yazıçının İsayeva ilə münasibətlərinin inkişafının şahidi olan Semipalatinsk vilayətinin prokuroru Aleksander Vrangel xatırladıb ki, bu sevgidə o, "gəncliyin bütün ehtirası ilə aşiq olub" və Mariya Dmitrievna pərəstişkarına məhəbbətdən daha çox yazığı gəlir.
1855-ci ildə İsayevlər Kuznetskə köçüblər, burada Aleksandr İvanoviç gömrük idarələrindən birində vəzifə alıb. Yazıçı sevdiyi qadından ayrılığın öhdəsindən çətinliklə gəlir. Vrangele görə, Fyodor Mixayloviç ayrılanda "uşaq kimi ağladı" və sonra dərin bir depressiyaya düşüb
Lakin elə həmin il Aleksandr İvanoviç qəfildən dünyasını dəyişdi. Baxmayaraq ki, İsayevin ölümü ona sevgilisi ilə evlənmək şansı verirdi, amma Dostoyevski bu xəbərə çox pis oldu. İlk növbədə, Fyodor Mixayloviç Vrangeldən pul istəyir və onu Mariyaya göndərir.
Və yalnız bundan sonra ona evlilik təklifi etmək qərarına gəlir, lakin gözlənilməz bir rədd cavabı alıb. Mariya Dmitrievna, həqiqətən, pərəstişkarının səxavətini yüksək qiymətləndirmirdimi? Heç də yox dul qadın kömək üçün ona minnətdar idi. Sadəcə, o anda oğlu Paşaya rəsm dərsi verən müəllim Nikolay Verqunovla maraqlanırdı.
Bu, yazıçı üçün yeni bir zərbə oldu, lakin o, cəngavər mətanəti ilə buna dözdü. Və onun səbri mükafatlandırıldı: 1856-cı ilin sonunda Mariya nəhayət onun təklifini qəbul etdi.
Cütlük 1857-ci ildə evlənərək Semipalatinska qayıdır. Həyatın az-çox yaxşılaşdığı görünürdü, amma ailə xoşbəxtliyi nəticə vermədi. Niyə? Birincisi, evləndikdən sonra yazıçı həm Mariyanı, həm də özünü sarsıdan əsl epileptik tutma keçirir.
Mariya Dmitrievna da xəstə idi. O, miqrenlərdən əziyyət çəkirdi və tez-tez ərinə qarşı qısqanc səhnələr artırdı. Birlikdə yaşamaq qeyri-mümkün idi. Cütlük 7 il idi ki, evli idi və bu vaxtın çox hissəsini fərqli mənzillərdə, hətta fərqli şəhərlərdə yaşayıblar. Belə ki, 1862-ci ildə yazıçı xaricə gedir, Mariya Dmitriyevna isə Peterburqda qalır.
Bundan əlavə, qadına vərəm diaqnozu qoyulub. Dostoyevski ona layiqli qayğı və yaxşı münasibət göstərmək üçün hər cür səy göstərirdi. Ancaq 1864-cü ildə İsayeva vəfat edib. Onun ölümü Dostoyevski üçün dəhşətli bir zərbə idi. O, "bir yerdə xoşbəxt yaşamadığımızı" etiraf etsə də, onu "ən namuslu, ən nəcib və ən səxavətli qadın" adlandırırdı.
Dostoyevski həyat yoldaşının xatirəsinə oğlu Pavelin qayğısını öz üzərinə götürüb. Yazıçının yaradıcılığının tədqiqatçıları hesab edirlər ki, Mariya Dmitriyevna onun romanlarının bir neçə qəhrəmanının prototipinə çevrilmişdir: Katerina İvanovna (Cinayət və Cəza), Nastasya Filippovna (İdiot), Katerina İvanovna (Karamazov qardaşları).

Yazıçının yaxşı dühası
1866-cı ildə 44 yaşlı Dostoyevski 20 yaşlı stenoqraf Anna Qriqoryevna Snitkina ilə tanış olur və o, ona "Qumarbaz" romanını 26 gün ərzində çapa hazırlamaqda kömək edir.
Əsəri tamamladıqdan sonra qızın mehribanlığından, səbrindən və zəhmətindən təsirlənən Dostoyevski ona evlilik təklif etdi və o, asanlıqla qəbul etdi (cütlük növbəti il, 1867-ci ildə evləndi), baxmayaraq ki, əsəbi xəstə bir yazıçı ilə həyatın onun üçün çətin bir sınaq olacağını təxmin etdi. O, yanılmamışdı.
Dəhşətli epileptik tutmalardan əlavə, Dostoyevski daha bir ciddi xəstəlikdən - qumar asılılığından əziyyət çəkirdi. Dostoyevski Almaniyaya səfəri zamanı külli miqdarda pulu və hətta həyat yoldaşının zinət əşyalarını uduzub.
Ancaq Anna Qriqoryevna dözdü və təslim olmadı. O, xəstə ərinin asılılığından qurtulacağına inanırdı. Və yenə haqlı idi. 1871-ci ilə qədər Fyodor Mixayloviç nəhayət ruletdən bezdi və oynamağı dayandırdı.
Onların həyatı necə keçdi? Annanın səyləri sayəsində yazıçının ev həyatı yaxşılaşdı. O, üç uşaq böyüdüb, ev işləri ilə məşğul olub, ailə büdcəsini təşkil edib, nəşriyyatlarla danışıqlarda ərinə kömək edib, hətta əsərlərini özü çap etdirib. Dostoyevski həqiqətən Anna Qriqoryevna ilə xoşbəxt idi.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
