Bu gün:

Milyard dollarlıq kriptovalyuta oğurlanıb


Hakerlər ən böyük kriptovalyuta soyğununda Bybit birjasından 1,5 milyard dollar oğurlayıb.

Blockchain analiz firması Elliptic daha sonra hücumu Şimali Koreyanın dövlət tərəfindən dəstəklənən hakerlər qrupu olan Lazarus qrupu ilə əlaqələndirib.

Böyük kriptovalyuta birjası olan Bybit tarixdə ən böyük kriptovalyuta oğurluğu olaraq təxmin edilən 1,5 milyard dollar dəyərində rəqəmsal aktivləri itirib.

Hakerlər Bybit-in təhlükəsizlik üçün nəzərdə tutulmuş oflayn saxlama sistemini sındırıblar. Oğurlanmış vəsaitlər tez bir zamanda bir çox pul kisələrinə köçürülüb və müxtəlif platformalar vasitəsilə ləğv edilib.

Mənbə: NBC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et