Bu gün:

Misirdə II Tutmosun məzarı tapılıb


Misir 1922-ci ildən bəri ən böyük arxeoloji kəşfə imza atıb. Arxeoloqlar Firon II Tutmosun məzarını üzə çıxarıblar.

Bu tapıntı son dərəcə əhəmiyyətlidir, çünki məzarın təxminən 3500 illik yaşı var. Hətta öz dövründə xarabalıq vəziyyətində olan Tutankhamonun məzarından da daha qədim olduğu müəyyən edilib.

Məzarda tapılan qədimi əşyalar arxeoloqları heyran qoyub. Bu əşyalar dünya muzeylərində analoqu olmayan, son dərəcə nadir nümunələrdir. Mütəxəssislər onların hazırlanma texnikasını, məzarda kimin və necə dəfn olunduğunu araşdırmağa başlayıblar. Əldə edilən məlumatlar qədim Misirin mədəniyyəti, inancları və fironlarının dəfn adətləri ilə bağlı yeni perspektivlər aça bilər.

Hazırda məzarın qorunması və tədqiqi üçün xüsusi tədbirlər görülür. Alimlər bu mühüm kəşflə bağlı daha ətraflı məlumatları yaxın aylarda ictimaiyyətlə bölüşməyi planlaşdırırlar.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et