Bu gün:

Uşaqların doğum sırasının onların xarakterinə təsiri


Dünyadakı hər bir insan seçə bilmədiyi ana və atadan mövcuddur. Eyni zamanda, seçə bilmədiyi ailədə bacı-qardaşları var. Eyni valideyndən doğulan bacı-qardaşlar eyni mühitdə nə qədər böyüsələr də, çox fərqli şəxsiyyət xüsusiyyətlərinə sahib ola bilərlər. Alfred Adler tez-tez şəxsiyyət xüsusiyyətləri ilə doğum sırası arasındakı əhəmiyyəti vurğulayır və bu nəzəriyyəni müdafiə edir. Bəs bacı-qardaşlar arasındakı doğum sırası həqiqətən xarakteri formalaşdırırmı?

Alfred Adlerin Fərdi Psixoloji nəzəriyyəsi fərdlərin ailədəki mövqeyinə və bacı-qardaşlar arasındakı münasibətə görə bu mövzularda ən əhatəli açıqlamalar verir. Adlerin şəxsiyyət xüsusiyyətləri nəzəriyyəsinə görə, ən böyük, orta, ən kiçik və tək doğulan uşaqlarda fərqli şəxsiyyətlərin inkişaf etdirdiyi iddia edir.

Adlerin fikrincə, psixoloji doğum sırasının formalaşmasında bacı-qardaşlar arasında yaş fərqləri, uşaqda fiziki və ya əqli qüsur və ya xəstəlik, bacı-qardaşın ölümü, cins fərqləri, ailə quruluşunda boşanma, bacı-qardaşlıq vəziyyəti və uşaqların tərbiyə tərzi və ya sosial-mədəni hadisələr mühüm rol oynayır. 

Ən böyük uşaq (ilk uşaq)

Adler nəzəriyyəsinə görə, ailədə ilk uşaq yalnız uşaq olduğu müddətdə böyük diqqət mərkəzində olmaqda davam edir. Valideynlərin ilk təcrübəsi olduğu üçün onlar bəzən ərköyün  olar. İkinci uşaq dünyaya gələndə birinci uşaq özünü məhrum hiss edə bilər və əsas uşaq mövqeyini saxlamaq üçün çalışa bilər, hətta köməkçi valideyn rolunu da götürə bilər.

Ona görə də birinci uşaq zamanla önə keçməyə çalışır, bələdçi olmağa başlayır və qardaşlarına məsləhətlər verir. Bu cür davranış nəticəsində onlar hörmət və təqdir olunmalarını gözləyirlər.

İlk doğulan uşaqlar daha məsuliyyətli, etibarlı və çalışqan olurlar, lakin bəzən bir addım öndə olmağın təzyiqi altında özlərini çarəsiz hiss edə bilərlər.

Ortancıl uşaq

Ortancıl uşaq ailədə adətən prioritet mövqedə olan birinci uşaqla həddindən artıq diqqət göstərilən kiçik qardaş arasında qalaraq özünü ailədən kənarda hiss edə bilər.

Bu vəziyyət ortancıl uşaqların ailələrinin diqqətini və təqdirini çəkmədiyini də düşünə bilər. Ortancıl uşaq digər bacı-qardaşları kimi istedadlı olmadığını düşünərək “yazıq mən” münasibəti göstərə bilər.

Onlar həyatın ədalətsiz olduğuna inanırlar və çox vaxt ədalət və bərabərlik məsələlərinə həssasdırlar.

Kiçik uşaq (ən kiçik uşaq) 

Bəzən ailənin kiçik uşağı daha da ərköyün olur. Onlar ətrafdakılar tərəfindən çox vaxt "şahzadə" kimi görünürlər. Onlar çox vaxt digər ailə üzvləri tərəfindən ciddi qəbul edilmir və həmişə ailə üçün uşaq olaraq qala bilirlər. Bu vəziyyət ən kiçik uşaqda daha güclü və istedadlı gördüyü bacı-qardaşların olmasından irəli gələn eqosentrik münasibətlərin formalaşmasına və qeyri-adekvatlıq hissinə səbəb ola bilər.

Tək uşaq

İlk doğulan uşaqlar kimi  tək uşaqlar da ailədə özünəməxsus mövqeyə malikdirlər. Valideynləri tərəfindən ərköyün böyüdülə bilirlər. Tək uşaq həmişə ailəsinin bütün diqqətini və sevgisini öz üzərində toplamaq istəyir.

Onlar digər uşaqlarla paylaşmağı və əməkdaşlıq etməyi daha gec öyrənirlər.

Bəs uşaqların doğum sırası həqiqətən də xarakterə təsir edir ?

Mersin Universiteti Psixologiya Bölümündə aparılan bir araşdırmada Alfred Adlerin nəzəriyyəsi nəzərə alınaraq, 354 universitet tələbəsi iştirak edib. Araşdırmada tələbələr “Ümumi ədalətli dünyaya inanc psixoloji doğum sırasına görə əhəmiyyətli bir dəyişiklik göstərirmi?" və "Ədalətli dünyaya fərdi inam psixoloji doğum sırasına görə əhəmiyyətli bir dəyişiklik baş verirmi?" suallarına  cavab axtarıblar.

Tədqiqatın nəticələrinə görə, psixoloji doğuş sırasındakı ən böyük uşaqlar ümumilikdə böyük diqqət görənlər  və uğura meyilli, çalışqan və öz dəyərlərini bilən olduqları müəyyən edilib. Bunun səbəbi isə ailə qaydalarına əməl edən, ailədə xüsusi mövqeyə malik olan fərdin özünəinamının yüksək olması düşünülür.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et