Bu gün:

Zamana səyahət: Tarixin işıqlandırdığı maraqlı əsərlər


Tarix boyunca müxtəlif sivilizasiyalar insanlıq irsinə əvəzolunmaz əsərlər bəxş edib. Antik Yunan dövründən Osmanlı İmperiyasına qədər uzanan bu eksklüziv kolleksiya, sənət və tarix həvəskarlarını minilliklər öncəyə aparır.

1.Helenistik dövrə aid Artemis büstlü qızıl saç toru

E.ə. III əsrə aid bu zərif artefakt, qədim Yunan sənətkarlığının incəliyini nümayiş etdirir. Ortasında tanrıça Artemis büstü olan qızıl saç toru Tesaliya bölgəsində aşkarlanıb və Yunan mədəniyyətində tanrıçalara bağlılığın simvolu sayılır.

2.Aziz Veronica-nın Sudariumu (1649)

Fransız rəssam Claude Mellan tərəfindən yaradılan bu qravür, İsa Məsihin üzü silindikdən sonra parçaya düşən təsvirini əks etdirir. Tək bir xətt üzərində işlənmiş bu gravür, qrafika sənətinin zirvələrindən hesab edilir.

3.XVIII əsrə aid sədəf işləməli taxta sandıq

Böyük Moğollar dövrünə aid olan bu nadir sandıq, incə sədəf işləmələri ilə diqqət çəkir və həmin dövrün sənət ənənələrinin mühüm nümunələrindən biri hesab edilir.

4.Ming sülaləsindən (1368-1644) laklı boşqab

Çin mədəniyyətinin incə nümunələrindən biri olan bu əsər 1522-1566-cı illərə aid edilir. Üzərindəki əjdəha təsviri, həmin dövrdə imperatorluğun güc və müdriklik simvolu olaraq qəbul edilirdi.

5.Steiermark Silahxanası (Avstriya)

Dünyanın ən böyük tarixi silahxanası olan Steiermark Muzeyi XVII əsrdə inşa olunub. Osmanlı İmperiyası və Macar üsyançılarına qarşı döyüşlərdə mühüm rol oynayan bu silah anbarında 32 minə yaxın silah və zireh saxlanılır.

6.XIX əsrə aid Bacchante broşu

İtalyan ustalar tərəfindən malaxit daşından oyulmuş və 18 karatlıq qızıl çərçivə ilə bəzədilmiş bu broş, Roma şərab tanrısı Bacchus-un qadın tərəfdarını – Bacchante-ni təsvir edir.

Bu nadir əsərlər tarix həvəskarlarını uzaq keçmişə aparmaqla yanaşı, sənət və mədəniyyətin zamanın axarına necə meydan oxuduğunu göstərir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et