Bu gün:

Paris mədəniyyətinin simvolu


Luvr muzeyi Parisdə yerləşən dünyanın ən böyük və ən məşhur incəsənət muzeylərindən biridir. Sena çayının sahilində yerləşən muzey insan tarixinin 9,000 ildən çox dövrünü əhatə edən bənzərsiz bir sənət və tarixi əşyalar kolleksiyasına malikdir. Özünün simvolik şüşə piramida girişi ilə Luvr yalnız Fransanın mədəni irsinin bir rəmzi deyil, həm də incəsənət sevərləri və tarix həvəskarları üçün beynəlxalq bir işıq qaynağıdır.


Luvr muzeyinə səyahət etmək əyləncəli ola bilərmi?


Luvr muzeyinə daxil olduqda gözümüzün önündə sanki 9,000 illik insan tarixi və incəsənəti məşhur şüşə piramidanın altında canlanır. Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr sadəcə bir başqa incəsənət qalereyası deyil o, qlobal bir mədəniyyət simvolu və Parisdə mütləq görülməli bir yerdir.

Leonardo da Vinçinin "Mona Lizası", Venus de Milo və Eugène Delacroix’ın "Azadlıq İnsanları İdarə Edir" kimi şah əsərlərinə heyran qalın. Hər bir əsər özünəməxsus bir hekayə danışır, ziyarətçiləri sənət və mədəniyyətin mühüm mərhələlərinə çəkir.

Luvr yalnız incəsənət haqqında deyil bu, həmçinin zamanda bir səyahətdir. Əvvəllər 12-ci əsrdə Parisə hücumları dəf etmək üçün bir qala olaraq inşa edilən bu yer sonradan kral sarayına çevrildi və Fransız inqilabı zamanı Fransanın milli xəzinələrinin saxlanıldığı yer oldu. Bu gün isə o, insan yaradıcılığı və dözümünün zamansız bir vəsfi olaraq qalır.

Luvr muzeyinin memarlığı


Luvr muzeyinin memarlığı möhtəşəmliyi, klassik və müasir dizaynı ilə qarışıqdır. Əvvəllər orta əsr qalası olan muzey indi genişləndirilib hazırda isə rezenans və Barok dövrlərini əks etdirir. 1989-cu ildə I. M. Pei tərəfindən şüşə piramida girişinin əlavə edilməsi muzeyin tarixində əhəmiyyətli bir dönüş nöqtəsi oldu və müasir dizaynı tarixi memarlıqla birləşdirdi. Piramida muzeyə simvolik və həqiqi bir giriş kimi xidmət edir və ziyarətçiləri muzeyin geniş, bir-birinə bağlı qalereyalarına doğru çəkir.

Luvr muzeyinin bağları isə muzey kompleksinin sehrli bir hissəsidir və Parisin sıx şəhər həyatının ortasında ziyarətçilərə sakit bir istirahət yeri təklif edir. Bağlar bir neçə sahəyə yayılıb, ən diqqət çəkəni isə Luvr ilə Place de la Concorde arasındakı Tuileries Bağıdır. İlk dəfə 16-cı əsrdə Catherine de Médici tərəfindən dizayn edilən Tuileries bağı, müasir dövrdə nizamlı şəkildə salınmış piyada yolları, heykəllər, çeşmələr və sıx yaşıllıqla zəngin bir park halına gəlib.

İllər ərzində Luvr öz böyüyən kolleksiyasını yerləşdirmək, tarixi və mədəni əhəmiyyətini gələcək nəsillər üçün qorumaq məqsədilə bir neçə dəfə təmir olunub.


Mənbə: Paristickets.com


Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et