Bu gün:

"Kral IV Karlın ailəsi"- Fransisko Qoya


"İncəsənətin inciləri" rubrikası Qoyanın "Kral lV Karlın ailəsi" əsərini təqdim edir.

Qoyanın sənət karyerasının ən məhsuldar dövrlərindən biri İspaniya kralı IV Karlın saray rəssamı kimi çalışdığı illər olub (1748-1819). Bu dövrdə hökmdar ailəsinin kollektiv portreti onun ən təmsilçi əsəri hesab olunur.

Əsərdə tacın özünü güclü və birlikdə olan bir ailə vahidi, möhkəm və sabit bir monarxiyanın təməli kimi təqdim etmək səylərini görürük. Uşaqlar, nəvələr, qardaşlar və kürəkənlər bir araya gələrək sevgi dolu və təhlükəsiz görünməyə çalışırlar. Lakin əldə edilən təsir tam əksidir. Xarakterlərin rütbələrində mövcud olan iyerarxiya təbii olaraq ailə daxilində hər bir üzvün tutduğu rollarla əvəz olunub. Bunun ən bariz nümunəsi ənənəvi olaraq mərkəzi fiqur olan kralın artıq arxa planda qalması və səhnənin mərkəzini güclü xarakteri və həyat yoldaşına hakimiyyəti ilə tarixə düşən kraliça Mariya Luisaya buraxmasıdır.

Qoyanın Velaskesin Las Meninas əsərində tətbiq etdiyi ailə portreti modelini əsas götürdüyünü, lakin bunu maarifçilik düşüncə tərzinə uyğunlaşdırdığını qeyd etmək vacibdir. XVIII əsrin sonlarında Titian və Van Loo tərəfindən çəkilən krallar artıq uzaq keçmişdə qalıb. Fransız İnqilabı sayəsində krallıq ailəsi bir zamanlar sahib olduğu möhtəşəm xüsusiyyətlərini itirmiş və artıq ictimaiyyətə adi bir burjua ailəsi kimi görünməyə başlayıb.


Tərcümə etdi: Talehə Hüseynzadə 

Mənbə: historia-arte.com

Paylaş
Şərh əlavə et