Bu gün:

İnadlaşmağın təməlində mənfi yaşantılar durur


Mütəxəssislər uşaqlarda inkişaf olaraq meydana gələn və "neqativizm" dövrü" olaraq da adlandırılan inadkarlıq və qarşı çıxma davranışlarının ən çox yaşandığı yaş aralığının 18-36 ay arası olduğunu bildirirlər.

Mütəxəssis Klinik Psixoloq Elvin AKİ Konuk inadkarlıq davranışında valideyn-övlad ünsiyyətinin böyük təsiri olduğuna diqqət çəkir. "Araşdırmalar göstərir ki, uşaqlarda bu davranışın kökündə mənfi ailə təcrübələri dayanır. Həddindən artıq avtoritar münasibət sərgiləyən valideynlər uşağın şəxsiyyətinə tənqidi yanaşaraq davranışlarını idarə etməyə çalışa bilərlər. Həddindən artıq tolerant mühitdə böyüyən uşaqlarda diqqət əskikliyi yarana bilər", - deyə xəbərdarlıq edir.

Bəzi hallarda inadkarlığın uşağın sosial emosional bacarıqlarının tam inkişaf etmədiyinin göstəricisi ola biləcəyini ifadə edən Konuk deyir: "Uşaqlar hisslərini tanıyıb ifadə etmədikcə bu hissləri davranışları ilə ortaya qoya bilərlər. Bundan başqa, dürtüsellik kimi vəziyyətlərdə, hiperaktivlik, qarşı olma-qarşı gəlmə pozuqluğu kimi situasiyalarda və ya evdən kənar sosial məkanlarda bu davranışların oxşarı tez-tez müşahidə edilə bilər. 

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et