Bu gün əksər kişilər və qadınlar bir-birlərinin düşüncə tərzini anlamaqda çətinlik çəkirlər. Kişi və qadın beyinlərinin fərqli fəaliyyət göstərdiyi geniş şəkildə qəbul edilsə də, bu nəzəriyyə nevrologiya və davranış tədqiqatlarının birləşməsi nəticəsində pozulur.

Qadınların kişilərə nisbətən daha çox söz işlətməsi və daha çox danışıq olması ilə bağlı məşhur nəzəriyyə son araşdırmalar nəticəsində təkzib edilib. 22 fərqli nümunə və dörd ölkədən 2197 insan üzərində aparılan araşdırmaya görə, hər iki cins gündə təxminən 12500 söz istifadə edir.
Danışqanlıqdakı fərqlər çox vaxt mədəni amillərdən və yaşdan asılı olaraq dəyişir. Mütəxəssislər cinsin danışıq qabiliyyətinə təsirinin şişirdildiyini, emosional zəka ilə bağlı ortaq fikirlərin də müzakirəyə açıq olduğunu deyirlər.
Beyin görüntüləmə tədqiqatları göstərir ki, həm kişilər, həm də qadınlar emosiyaları güclü şəkildə emal edirlər, lakin onlar bu duyğuları fərqli şəkildə ifadə edirlər.
Qərb mədəniyyətlərində qadınların mənfi emosiyaları özlərində saxlamağa və müsbət emosiyaları daha çox ifadə etməyə meylli olduqları müşahidə edilmişdir. Məlum olub ki, kişilər daha çox qəzəb və aqressivlik nümayiş etdirirlər və müsbət emosiyalara qarşı daha ehtiyatlı olurlar. Araşdırmalar göstərib ki, emosional ifadə bioloji fərqdən çox sosial gözləntilər və mədəni tərbiyə ilə formalaşır.
Uzun illərdir ki, qadınların kişilərdən daha çox sosial varlıq olduğu bir fərziyyədir. Bununla belə, ekspertlər iddia edirlər ki, sosiallıq həm də cins deyil, mədəni kontekst və ictimai gözləntilərin nəticəsidir.
Tərcümə etdi: Mina Yadigarlı
Mənbə: NTV. Com
