Bu gün:

İngiltərənin ənənəvi geyimi nədir?


İngiltərənin rəsmi milli geyimi yoxdur, lakin ənənəvi geyimlər İngilis kənd sərgilərində və kraliyyət mühafizəçilərinin sıralarında müşahidə edilə bilər.

Kraliçanı və kraliyyət saraylarını qoruyan yeddi İngilis ordu alayı mövcuddur. Hər biri digərindən fərqlənən xüsusi bir formaya malikdir. Hökmdar süvarilərini təşkil edən iki alay tuniklərinin, yaxalıqlarının və dəbilqələrindəki lələklərin rəngləri ilə seçilir. Kraliçanın Piyada Mühafizəçiləri isə Buckingham Sarayı və Londondakı St. James Sarayının qarşısında növbə çəkərkən qırmızı tunik və xəz papaq da daxil olmaqla tam geyim forması geyinir.


İnsanlar çox vaxt səhvən İngiltərənin ənənəvi geyiminin Beefeaters (Kraliçanın bədən mühafizəçiləri) tərəfindən geyinilən kostyum olduğunu düşünürlər. Onların qırmızı və qızılı rəngli formaları və özünəməxsus qara papaqları 1552-ci ilə qədər gedib çıxır.


İskoçiya, Uels və İrlandiyanın hər birinin özünəməxsus milli geyimi var. Kral VIII Henri İngiltərə üçün milli geyim nümunəsi yaratmaq məqsədilə bir rəssamı bu işə cəlb edib, lakin rəssam bu tapşırığı yerinə yetirməyib.



Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et