"İncəsənətin inciləri" rubrikası "Dantenin qayığı" əsərini təqdim edir.

Rəssamın 1822-ci ildə tamamladığı "Dantenin qayığı" (La Barque de Dante) fransız romantizminin əhəmiyyətli nümunələrindən biridir. Bu rəsmdə Delacroix İtaliyanın məşhur şairi Dante Alighierinin "Ilahi Komediya" əsərindəki cəhənnəm səhnələrindən birini canlandırır.
Rəsm Dante və onun bələdçisi Virgilin Styx çayından keçdiyi anı təsvir edir. Onlar Phlegyasın idarə etdiyi bir qayıqda cəhənnəmin sularının arasından keçərkən ruhlar onlara yapışaraq qayığa qalxmaq istəyir. Dante qorxu hissi ilə doludur, Virgil isə onu sakitləşdirməyə çalışır. Rəsmin kompozisiyası və rəng istifadəsi rəssamın dramatik təsvir qabiliyyətini göstərir. O, təsvir etdiyi səhnədə qərginlik yaratmaq üçün kontrast rənglərdən və şiddətli fırça zərbələrindən istifadə edib. İşiq və kölgə oyunları, eləcə də suyun hərəkəti və dalğaları səhnəyə dinamik bir atmosfer qatır. Qayıq sanki dəryanın qəzəbinə məruz qalmış kimi görünür, bu da tamaşaçıya cəhənnəmin qorxunc ab-havasını hiss etdirməyə kömək edir.
Delacroix bu rəsmlə tənqidçilərin diqqətini çəkib və rəsmin 1822-ci ildəki Paris Salonunda göstərilməsi onun adını büyük sənətkarlar arasına daxil edib. Bu əsər onun sənətində romantizm cərəyanını özəlliklərinin aşkar şəkildə göründüğü ilklərindəndir.
Hazırda "Dantenin qayığı" Parisdəki Luvr Muzeyində saxlanılır və böyük sənət dünyasının incilərindən biri hesab olunur.
Hazırladı: Talehə Hüseynzadə
