Bu gün:

Arxeoloqlar London ofisinin altından 2000 illik Roma bazilikasını tapıblar


Arxeoloqlar Londondakı bir ofis binasının altında qeyri-adi bir kəşf ediblər: Şəhərin ilk Roma bazilikasının qalıqları. Bu, son illərdə paytaxtda tapılmış ən mühüm arxeoloji tapıntılardan biri kimi qiymətləndirilir.

Təxminən 2.000 il əvvələ, eramızın 70-ci illərinin sonu və ya 80-ci illərinin əvvəlinə aid edilən bazilika, Londiniumun inzibati və sosial mərkəzi olan Roma forumunun bir hissəsi idi.


Londondakı Arxeologiya Muzeyinin (MOLA) İctimai Təsir üzrə rəhbəri Endryu Henderson-Şvarts Euronews Culture-a verdiyi müsahibədə deyib: “Bu ərazinin əhəmiyyəti ondan ibarətdir ki, Roma bazilikası, əslində, Londranın ticarət, sosial və iqtisadi mərkəzi olub.”


İndiyə qədər üzə çıxarılanlar, demək olar ki, olimpiya ölçülərində üzgüçülük hovuzu böyüklüyündə, iki mərtəbəli bir binanın heyrətamiz dərəcədə möhkəm təməlidir.

Eramızın 78-84-cü illəri arasında inşa edilən bu quruluş, Roma birliklərinin İngiltərəni ilk dəfə işğal etməsindən cəmi bir neçə onillik sonra və Londiniumun Kelt döyüşçü kraliçası Boudiccanın qüvvələri tərəfindən dağıdılmasından təxminən 20 il sonra tikilmişdi.


Qazıntılar zamanı divarlarla yanaşı, qədim şəhər rəsmilərindən birinin möhürü ilə damğalanmış dam kirəmiti də daxil olmaqla müxtəlif artefaktlar aşkar edilib.


Mənbə:EuroNews

Tərcümə etdi:Aysu Salahova

Paylaş
Şərh əlavə et