Apollo 15 missiyası zamanı astronavt Alfred M. Worden insanlıq tarixində cəmiyyətdən izolyasiya olunmuş insan kimi Ginnes Rekordlar Kitabına düşüb. 1971-ci ildə həyata keçirilən bu missiyada o, 3 gün ərzində Ay orbitində tək qalaraq Yerdən təxminən 384 min kilometr uzaqda olub. Bu müddət ərzində missiyanın digər üzvləri – David Scott və James Irwin Ay səthində araşdırmalar aparıb. Worden isə təkbaşına orbitdə dövr edib.

Xüsusilə Ayın arxa tərəfində olduğu anlarda Yer kürəsindən 3.600 kilometr uzaqlıqda heç kimlə əlaqə qura bilmirdi. Bu onu bəşəriyyət tarixində ən izolyasiya olunmuş insan edib. Lakin Worden üçün bu təklik çətinlik deyil, dərin düşüncə və fərqindəlik anları idi. O bu barədə “Üç möhtəşəm gün keçirdim, tək olmaqla bağlı heç bir problemim olmadı”,- deyə qeyd edib.
Astronavt bu missiya çərçivəsində daha bir rekorda imza atıb. O, komanda modulunda yerləşən kameraların film kasetlərini toplamaq üçün kosmik gəmidən çıxaraq dərin kosmosda ilk açıq kosmik gəzintini həyata keçirib. Bu isə ona Yer kürəsindən ən uzaq məsafədə kosmik gəzinti edən insan adını qazandırıb.
Alfred Worden 18 mart 2020-ci ildə, 88 yaşında dünyasını dəyişib. O, kosmosun kəşfində öncül astronavtlardan biri kimi tarixə düşüb və həmişə xatırlanacaq.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
