Bu gün:

Qısqanc olduğunuzu göstərən əlamətlər


Sosial münasibətləri zəhərləyən əsas amillərdən biri olan qısqanclıq adətən insanın özünü qeyri-adekvat hiss etməsi səbəbindən yaranır. Bağlanma üslubları, travmatik təcrübələr, nəzarət ehtiyacı və sosial amillər də qısqanclığın artmasında rol oynayır.

Mütəxəssislər bildirib ki, qısqanc insanlar aşağıdakı əlamətlərlə özlərini təslim edə bilirlər:


Qısqanc insan edilən və geyinilən hər şeyi tənqid edir. Bir müddət sonra anlayırsan ki, səni təqlid edir, sənin kimi davranır, sənin kimi geyinir, amma bunu özü kəşf etmiş kimi, öz fikri kimi ifadə edir.


Belə insanlar mehriban görünürlər, həmçinin hər zaman sizin yanınızda kimi davranır, ancaq həyatınıza xələl gətirmək istədiyi üçün, xüsusilə, sizə pis məsləhətlər verir.


Onlar insanların böyük nailiyyətlərini əhəmiyyətsiz hesab edirlər, amma özünün kiçik nailiyyətlərini ucaldırlar. 


Qısqanc insanlar gün sahib olduğunuz yaxşı şeylər üçün göstərdiyiniz səyləri heç vaxt görmürlər, onlar, yalnız şanslı olduğunuz üçün bunları əldə etdiyinizi düşünür, çünki öz uğursuzluqları ilə üzləşmək əvəzinə, yalnız şanssız olduğu üçün bunları əldə etmədiyini düşünürlər.



Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV. Com

Paylaş
Şərh əlavə et