Bu gün:

Hər yalan “gaslighting” sayılmır


Son vaxtlar həm gündəlik söhbətlərdə, həm də sosial mediada “gaslighting” sözü tez-tez işlədilir. Psixi sağlamlığa artan diqqət və bu mövzu ilə bağlı məlumatlılığın yüksəlməsi belə anlayışları həyatımızın bir parçasına çevirib. Lakin hər hadisəni dərhal “gaslighting” kimi qiymətləndirmək, münasibətlərdə əlavə problemlərə yol aça bilər.


“Onlar sizi işıqlandırmır” kitabının müəllifi İzabelle Morli, Business Insider-ə verdiyi müsahibədə bunları bildirib: “Əgər siz ekspertlərin istifadə etdiyi klinik bir termini hər vəziyyətdə qarşı tərəfi günahlandırmaq üçün işlədirsinizsə, bu, öz davranışlarınız üzərində düşünmək və müsbət yöndə inkişaf etmək imkanınızı məhdudlaşdırır". 


Gaslighting edən insan gerçəkliyi tək həqiqət kimi qəbul edir mi?

"Gaslighting" termini, insanın reallığını şübhə altına almaq məqsədilə qarşı tərəfə davamlı olaraq yalan söyləməsi mənasını verir. Bu ifadə, 1938-ci ildə səhnələşdirilən və 1944-cü ildə böyük ekranda nümayiş etdirilən "Gaslight" filmindən ilhamlanaraq yaranıb.

 

Morley bildirib ki, "gaslighting"in əsas xüsusiyyəti insanın öz reallığını yeganə həqiqət kimi təqdim etməsidir. Bu davranışı sərgiləyən insanlar əsasən iki qrupa ayrılır. Birinci qrup, Gaslight filmindəki cani kimi, pis niyyətlərini həyata keçirmək üçün məqsədyönlü şəkildə yalan şəbəkələri qurur. İkinci qrup isə emosional yetkinliyə çatmadığı üçün fərqli baxışları qəbul etməkdə çətinlik çəkir.


Əgər qarşı tərəf reallığa müxtəlif baxış bucaqlarından yanaşmağı bacarırsa və hətta ziddiyyətli fikirləri qəbul edirsə, bu, onun nüansları görməyə və ortaq məxrəcə gəlməyə açıq olduğunu göstərir. Morlinin müşahidələrinə görə, həqiqətən "gaslighting" edən insanlar isə belə vəziyyətlərdə geri addım atmaq əvəzinə öz iddialarına sadiq qalır və qarşı tərəfə öz reallığını şübhə altına aldırmağa çalışırlar. Bu davranış, hətta terapiya seansı zamanı belə baş verə bilər.


Əgər bir insan sizinlə tamamilə razılaşmasa da, hisslərinizi dəyərli hesab edirsə və onları qəbul edirsə, bu, onun “gaslighting” etmədiyini göstərir.


Gaslighting edən şəxs yalan danışdığını etiraf edə bilmir

Morley qeyd edir ki, bir çox insan "gaslighting" ifadəsini işlədərkən qarşı tərəfin onlara yalan danışdığını nəzərdə tutur, lakin bu, hər zaman doğru olmur. O vurğulayır: “Bütün 'gaslighting' hallarında yalan mövcuddur. Amma hər yalan 'gaslighting' deyil". 


Məsələn, bir insan sərt zarafat etdikdə və bilmədən sizi incitdikdə, "Mən belə demədim!" deyə bilər. Bu halda onların yalan danışmasının səbəbi çox güman ki, sizi aldatmaq və ya nəzarət altına almaq istəkləri deyil, sadəcə dürüst olsalar sizi itirməkdən qorxmaları və ya utanmalarıdır. Həmçinin, başqalarını razı salmağa meyilli insanlar problem yaşamaq istəmədikləri üçün tez-tez yalan danışa bilərlər.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et