Bu gün:

Diana de Puatye - saf gözəllik dahisi



Diana de Puatye tarixin sehrbazlarından biridir. Qoy xatirələr və salnamələr bu məhəbbət ilahəsinin öz hakimiyyətinin lap əvvəlində artıq qoca bir qız olduğu haqqında istədikləri qədər danışsınlar, nəsillər hələ də II Henrixin kor və aşiq gözləri ilə Dianaya baxırlar.

Kralın rəsmi məşuqəsi Diana de Puatye II Henrix və həyat yoldaşı Ketrin de Medici arasında krallıqda üçüncü şəxsin yerini tuturdu. Onun rəsmi zinasının gerbi - üç çarpaz aypara - qalaların divarlarını, sarayların günbəzlərini və kral girişlərinin zəfər tağlarını bəzəyirdi. Bunu həmişə ay ayparaları ilə səpələnmiş təntənəli paltarlarında açıq şəkildə geyinirdi. II Henrix açıq şəkildə bu gerbi öz libasları üzərində gəzdirirdi.

Ketrin de Medicinin tacqoyma mərasimi zamanı belə, Henrinin hərfləri ilə iç-içə olan Diananın baş hərfləri bayramın bütün bəzəklərində əks olunub. Və II Henrinin Montqomeri Qrafının nizəsi ilə yıxıldığı o uğursuz turnirdə o, hələ də onun rənglərini geyinirdi. Və o vaxt Diananın nə az, nə çox, altmış yaşı var idi.

Müasirlərin Diananın ovsunlu üzüyünün cazibəsinə aid etdiyi bu qədər qəribə və hərtərəfli ehtirası necə izah etmək olar? Əlbəttə, Diana gözəl idi, mərmərdən oyulmuş heykəllər qədər gözəl idi. Bir tərəfdən onun gözəlliyini mükəmməl hesab edən şair Brantom deyirdi: “Mən Diana de Puatyeni 70 yaşında, 30 yaşındakı qədər təzə və cazibədar gördüm”. Digər tərəfdən, artıq əlli yaşının ərəfəsində ikən epiqramlarda kinik kobudluqla onu “qırışlarına, solğun dərisinə, yalançı dişlərinə və ağ saçlarına” görə məzəmmət edir və gözəllik ilahəsini “Köhnə Göbələk” adlandırırlar.

2009-cu ildə Diane de Puitiersin qalıqları onun məzarından çıxarılıb. Patoloq Philippe Charlier və toksikoloq Joel Poupon bu yaxınlarda British Medical Journal-da araşdırmalarının nəticələrini dərc ediblər. Alimlər Diananın saçını və sümüklərini tədqiq ediblər. Məlum olub ki, onlarda qızılın miqdarı 250 dəfə artıq olub. Elm adamları, Diananın həyatı boyu müntəzəm olaraq qızıl hissəcikləri olan müəyyən bir içki istifadə etdiyini irəli sürürlər. Ola bilsin ki, qızılı nəcib metal - gənclik və gözəllik mənbəyi hesab edən kimyagərlər xüsusi olaraq onun üçün hazırlayırdılar. Müasirlərin ifadələrinə görə, Diana həmişə çox parlaq bir üzə sahib idi, lakin ölümündən bir neçə ay əvvəl sözün həqiqi mənasında ağarmışdır. Alimlər bunun onun bədənində qızıl zəhərlənməsi nəticəsində baş verdiyini ehtimal edirlər.

Mənbə: dzen.ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et