İncəsənət tarixi hər dövrdə ortaya çıxan yeni cərəyanlar və onların cəmiyyətlərə təsiri ilə formalaşmışdır. Fərqli sənət cərəyanları, özünəməxsus estetik anlayışları və sosial kontekstləri sayəsində zamanın sərhədlərini aşmışdır.
1. İntibah (15-16-cı əsrlər)
İntibah dövrü orta əsrlərin qaranlıq illərindən sonra maariflənmənin və yenidən yaradılışın simvoludur. Rəssamlar qədim Yunanıstan və Romanın estetik dəyərlərinə qayıdıb insan fiqurunu və təbiətini real şəkildə təsvir etməyə başlayıblar. Leonardo da Vinçi, Mikelancelo, Rafael kimi rəssamlar bu dövrün qabaqcılları hesab edilir.
2. Barokko (17-ci əsr)
Barokko sənəti, işığın, hərəkətin və güclü emosiyaların dramatik istifadəsi ilə seçilir. Katolik Kilsəsinin güclənməsi ilə yanaşı, bu üslub dini mövzulara və zəngin detallara xüsusi önəm vermişdir. Caravaggio və Rembrandt kimi rəssamlar Barokko dövrünün ən görkəmli nümayəndələrindəndir.
3. İmpressionizm (19-cu əsr)
İmpressionizm təbiəti olduğu kimi əks etdirməkdənsə, işıq və rəng oyunu vasitəsilə müşahidələri qeyd etməyi hədəfləyən bir hərəkətdir. Rəssamlar açıq havada işləyərək ani effektləri və təəssüratları kətan üzərində əks etdirirdilər. Klod Monet və Edqar Deqas impressionizmin qabaqcıllarıdır.
4. Sürrealizm (XX əsr)
Sürrealizm ağılın dərinliklərindən və xəyallar dünyasından qidalanan bir cərəyandır. Salvador Dali, Rene Maqritte və Maks Ernst kimi rəssamlar reallıq və fantaziyanın iç-içə olduğu əsərlər yaradıblar. Bu hərəkət şüuraltı, absurdluq və sərbəst ifadə ilə əlaqələndirilir.
5. Fovizm (XX əsrin əvvəlləri)
Fovizm rənglərin saf və effektiv istifadəsini müdafiə edən bir cərəyandır. Rəssamlar öz hisslərini və daxili təcrübələrini rənglərlə əks etdirərək formal detalları arxa plana keçirdilər. Henri Matisse bu hərəkatın ən məşhur nümayəndələrindən biridir.
6. Modernizm (XX əsr)
Modernizm ənənəvi bədii anlayışlara qarşı üsyan kimi meydana çıxıb və yeni, mücərrəd bir dilin qəbuluna səbəb olub. Abstraksiya, minimalizm və həndəsi fiqurlar kimi elementləri ilə seçilən bu hərəkət Pablo Pikasso və Vasili Kandinski kimi sənətkarlarla canlanıb.
7. Pop Art (1950-ci illər və sonra)
Pop Art tükətimə əsaslanan mədəniyyətin və kütləvi kommunikasiyanın təsiri ilə formalaşan sənət cərəyanıdır. Bu hərəkat gündəlik həyatın adi obyektlərini və məşhur mədəniyyət incilərini sənət əsərlərinə çevirib. Andy Warhol və Roy Lichtenstein Pop Artın ən tanınan adları arasındadır.
İncəsənətin təkamülü
İncəsənət tarixi insanın estetik anlayışının daimi dəyişməsini əks etdirən bir üsuldur. Hər bir sənət cərəyanı müəyyən bir dövrün intellektual, mədəni və sosial şərtlərindən təsirlənmiş və fərqli bir sənət anlayışını ön plana çıxarıb. Bu hərəkətlər incəsənətin davamlı təkamülünü və inkişafını simvolizə etməklə yanaşı, həm də tarixin mühüm dönüş nöqtələrini və bədii dəyişikliklərini bizə göstərir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
