Bu gün:

Fırıldaqlar üzərinə qurulmuş şəhərə nəzər yetiririk


Moei çayının Myanma tərəfindəki qarğıdalı tarlalarından yüksələn hündür, parlaq binalar o qədər valehedici mənzərədir ki, bunun bir təsəvvür olmadığına əmin olmaq üçün hərdən gözünüzü qırpmaq istəyirsiniz. 

Səkkiz il əvvəl Karen ştatında demək olar ki, heç nə yox idi - yalnız ağaclar, bir neçə sadə sement bina və uzun sürən vətəndaş müharibəsi vardı. Bu səbəbdən bölgə dünyanın ən yoxsul yerlərindən birinə çevrilmişdi. Amma bu gün, Tayland sərhədinə yaxın yerdə, Şve Kokko və ya Qızıl Yağış Ağacı adlanan kiçik bir şəhər yaranıb.

Bu şəhər fırıldaqçılıq, çirkli pulların yuyulması və insan alveri ilə əlaqəli olmaqda ittiham edilir. Bu işlərin arxasında duran şəxs, She Zhijiang, hazırda Banqkok həbsxanasında Çinə ekstradisiya olunmağı gözləyir.

Ancaq şəhəri quran She Zhijiang-ın şirkəti Yatai, Şve Kokko haqqında tamamilə fərqli bir təsvir təqdim edir. Tanıtım videolarında bu yer, Çinli turistlər üçün təhlükəsiz bir istirahət məkanı, kurort şəhəri və varlılar üçün sığınacaq kimi göstərilir. 

Şve Kokkonun hekayəsi də son iki onillikdə Çindən kənara çıxan sərhədsiz ambisiyalardan biridir.

She Zhijiang, fırıldaqçılıq və qanunsuz qumar dünyasından çıxış yolu kimi bu parıldayan şəhəri inşa etməyi xəyal edirdi

Ancaq bu qədər böyük hədəflər qoyaraq o, Tayland-Myanma sərhədində getdikcə daha çox çinliləri hədəf alan fırıldaqçılıq əməliyyatlarını dayandırmağa çalışan Pekinin diqqətini cəlb etdi.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et