Bu gün:

Mumiyaların aqibəti necə olub?


XIX əsrdə Avropada qədim Misirə qarşı böyük bir maraq və heyranlıq yaranmışdı. İnsanlar Misirin tarixi, mədəniyyəti və xüsusilə də mumiyaları ilə valeh olmuşdular. Bu maraq o qədər güclü idi ki, Avropada “misirmaniya” (Egyptomania) adlı bir cərəyan formalaşmışdı. Həmin dövrdə qədim Misirin sənəti, memarlığı və simvolları geniş şəkildə təqlid edilirdi. İnsanlar evlərini və binalarını Misir üslubunda bəzəyir, mumiyaları araşdırır, hətta bəzi tədbirlərdə mumiyaların açılması mərasimləri təşkil edirdilər.

Mumiyalanmış qalıqlar sonradan toz halına salınaraq müxtəlif xəstəlikləri müalicə etdiyi düşünülən dərmanlar kimi satılmışdır. İnsanlar, xüsusilə Avropada, mumiyaların bədənindən hazırlanan bu tozun şəfa verici xüsusiyyətlərə malik olduğuna inanırdılar. Hətta bu maddə bəzi sənaye sahələrində də istifadə olunurdu.

Məşhur amerikalı yazıçı Mark Tven Misirdə səyahət edərkən müşahidə etmişdi ki, bəzi yerlərdə mumiyalar buxar lokomotivləri üçün yanacaq kimi yandırılır. Bu, o dövrdə qədim Misir mumiyalarına olan marağın qəribə və qeyri-adi bir formaya keçdiyini göstərirdi.

Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et