Bu gün:

Beyonse və qaradərili kovboy mədəniyyəti


Beyonsenin “Cowboy Carter” albomu Texas ştatının qaradərili kovboy mədəniyyətinə diqqət çəkir.

Bu albom 2025-ci ildə keçirilən 67-ci Qremmi mükafatlarında “Ən Yaxşı Country Albomu”, “Ən Yaxşı Country Duet/Qrup İfası” və “İlin Ən Yaxşı Albomu” mükafatlarını qazanıb. Bu, Beyonsenin ümumi Qremmi sayını 35-ə çatdırıb və əvvəlki rekordunu yeniləyib. Mükafatı ona Taylor Swift təqdim edib.

Beyonse albomu təqdim edərkən “Bu country albomu deyil, Beyonse albomudur”- desə də, Kovboy Karter qaradərili country musiqisindən və qaradərili kovboy mədəniyyətindən ilham alır. Texasın, xüsusən də müğənninin doğulduğu Houston şəhərinin kovboy mədəniyyəti ilə zəngin tarixi var. Şəhər dünyanın ən böyük rodeolarından biri olan Houston Rodeosuna ev sahibliyi edir.

Qaradərili kovboylar və mədəniyyətləri

1800-cü illərdən başlayaraq hər dörd kovboydan biri qaradərili idi. Onlar qərb mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Rodeoda öküzü yerə yıxma texnikası (“bulldogging”) qaradərili kovboy Bill Pickett tərəfindən icad edilib və o, Milli Rodeo Şöhrət Zalına daxil edilən ilk qaradərili olub.

Alboma və mədəniyyətə təsiri

Beyonse qaradərili musiqiçilərin country janrında özlərini “xoş qarşılanmadığını” hiss etdiyini vurğulayıb. Onun bu albomu qaradərili musiqiçilərin səsini daha çox eşitdirib. Albomda Lil Nas X, Rhiannon Giddens və Brittany Spencer kimi məşhur ifaçılar da yer alıb.

Texasda qaradərili kovboy təcrübəsi

Texasda qaradərili kovboy mədəniyyətini təcrübədən keçirmək üçün bir neçə tədbir və yer mövcuddur:

Prairie View Trail Riders: 1957-ci ildən bəri Hempstead-dən Houston-a qədər rodeoya qatılmaq üçün yürüş edirlər.

Qaradərili Kovboy Muzeyi: Rosenburg şəhərində yerləşən muzey qaradərili kovboyların tarixini qoruyur.

Rodeolar: Dallasda Texas Black Invitational Rodeo və ölkə boyu səfərdə olan Bill Pickett Invitational Rodeo ən məşhurlardandır.

Bu tədbirlər hər kəs üçün açıqdır və ilk dəfə rodeoya qatılanlara qonaqpərvərlik göstərilir.

Mənbə: BBC News  

Tərcümə etdi: Nigar Muştaqova  

Paylaş
Şərh əlavə et