Bu gün:

Yaddaş necə işləyir?


Homer Simpson bir epizodda həyat yoldaşı Marge'ye "Hər dəfə yeni bir şey öyrənəndə o, beynimdən köhnə şeyləri sıxışdırır. Şərabçılıq kursuna getdiyim zaman maşın sürməyi unutduğumu xatırlayırsanmı?" deyə soruşub.

Homerin bu müşahidəsi düşündüyümüz qədər həqiqətdən uzaq olmaya bilər.

“Fəlakətli unutma” adlanan vəziyyətdə, yeni məlumatların əldə edilməsi prosesi mövcud yaddaşa müdaxilə edə və ya “silə” bilər.

Beynimizin necə xatirələr əmələ gətirdiyini anlamaq üzərində çalışan ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları öz tapıntılarının süni intellektin inkişaf etdirilməsi və Alzheimer kimi xəstəliklərlə mübarizədə istifadə oluna biləcəyini deyiblər.

Onlar bunu yatmış siçanların köməyi ilə kəşf ediblər.

Siçanlar bu cür eksperimentlər üçün idealdır, çünki yuxularının bəzi hissələrində gözləri qismən açıq qalır və alimlərə beyinə bir pəncərə verir.

Siçanlar yatarkən, göz bebekleri bir dəqiqə ərzində dəfələrlə daralır və sonra orijinal, daha böyük ölçülərinə qayıdırlar.

Alimlər aşkar ediblər ki, siçan beyni hər yuxu mərhələsində müxtəlif vəzifələr yerinə yetirir.

Dr. Oliviya deyib ki, göz bəbəkləri genişlənəndə beyin köhnə xatirələri saxlayır, sıxıldıqda isə yeni xatirələri emal edir. Tədqiqat qrupu hesab edib ki, bu iki mərhələli sistem beynin yeni məlumatları qəbul etmək və köhnə məlumatları saxlamaq probleminin mümkün həlli ola bilər.

Mənbə: BBC 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et