Heykəlin hündürlüyünün 55 metrdən çox olması planlaşdırılır. Bu o deməkdir ki, o, dünyanın yeddi möcüzəsindən biri olan Rio-de-Janeyrodakı məşhur Xilaskar Məsih heykəlindən hündür olacaq.
Polşanın Konotop şəhərində nəhəng Məryəm heykəlinin tikintisinə başlanılıb. Ümumi hündürlüyü 55,6 metr olan abidənin 40 metrlik heykəldən və 15 metrlik tac formalı postamentdən ibarət olması planlaşdırılır. Onun Rio-de-Janeyrodakı 38,5 metr hündürlüyündə Xilaskar Məsih heykəlini keçəcəyi gözlənilir.
Layihənin maliyyəçiləri Polşanın ən zəngin adamlarından biri olan milyarder Roman Karkosik və onun həyat yoldaşı Qrazinadır. Abidə onların nəzirləri olaraq Konotopdakı Kədər Xanımımızın ziyarətgahının yaxınlığında tikilir. Kikol Bələdiyyə Başçısı Renata Qolebiewska heykəlin beynəlxalq diqqəti cəlb etdiyini bildirib və bölgənin turizm üçün əhəmiyyətli bir nöqtəyə çevriləcəyini vurğulayıb. Səlahiyyətçilər abidənin təkcə ibadət yeri deyil, həm də mədəni tədbirlərin keçiriləcəyi mərkəz olacağını bildiriblər.
Tikinti işlərinin 16 ay ərzində və 2026-cı ilin ortalarında başa çatdırılması planlaşdırılır.
Mənbə: Euronews
Tərcümə etdi: Mina Yadigarlı