Bu gün:

Van Qoqun itirilmiş əsəri tapılıb


Tədqiqatçılar Minnesota qarajında 50 dollara alınan bir tablonun 15 milyon dollar dəyərində itirilən Van Qoqun əsəri olduğu qənaətinə gəliblər.

Elimar adlı bu yenidən kəşf edilən balıqçı rəsminin Vinsent van Qoqun 1889-cu ildə Fransada bir sığınacaqda qaldığı müddətdə yaradıldığı güman edilib.

2016-cı ildə Minnesota ştatında bir antikvar kolleksiyaçısı qaraj satışında 50 dollardan aşağı qiymətə yağlı boya tablosu alıb. 

Cəmi 18x16 düym ölçüdə olan rəsm əsərinin sağ alt küncündə “Elimar” yazısı olub və ağ saqqallı bir balıqçının sahil boyu torunu təmir edərkən tütək çəkdiyini təsvir edilib.

Əsəri alan kolleksiyaçı onu 2019-cu ildə açıqlanmayan qiymətə LMI Group International incəsənət araşdırma firmasına satıb, bundan sonra qrup əsərin hərtərəfli təhlilinə başlayıb. Onların tapıntıları indi 450 səhifəlik geniş hesabatda dərc edilib və onlar tablonun Vinsent van Qoq tərəfindən yaradıldığı qənaətinə necə gəldiklərini izah ediblər.

Mənbə: Allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et