Edvard Munch – “Train Smoke” (1900)
Qış yalnız çətinliklər gətirmir. 20-ci əsrin əvvəllərində yaradılan şimal mənzərələri mövsümlərin dəyişməsini qəbul etməyi öyrədir. Şimal Yarımkürəsində ağacların çılpaq qalması və şaxtalı hava bizi qışdan şikayət etməyə vərdiş edib. Amma 2020-ci ildə nəşr olunan “Wintering” kitabında Ketrin Mey qışı dincəlmək və özünə çəkilmək üçün faydalı bir vaxt kimi təqdim edir. Qışın sərtliyi insanı daha həssas edir və fərqli rəngləri üzə çıxarır.

Helmi Biese – “View from Pyynikki Ridge” (1900)
Fin boreal meşəsinə quş baxışı ilə baxdıqda sonsuz iynəyarpaqlı ağaclar, göllər və düzənliklər görünür. Şimalın sərt, amma möhtəşəm təbiəti öz gözəlliyi ilə diqqət çəkir. Qışın uzun müddət davam etməsi insanlara təbiətlə barışmağı və onunla harmoniyada yaşamağı öyrədir. Norveçdəki “friluftsliv” və Danimarkadakı “hygge” anlayışları bu soyuq atmosferə uyğunlaşma yollarıdır.
Harald Sohlberg – “Winter Night in the Mountains” (1901)
Bu əsər Norveçin milli rəsm əsəri hesab edilir.
Ulf Küster bildirib ki, bu rəssamların qış mənzərələrinə maraq göstərməsi təbiidir. Şimal bölgələrində oktyabrdan aprelə qədər qar üstünlük təşkil edir və rəssamlar bu ağ mənzərələrə maraqlı yanaşma tapırlar.
Anna Boberg – “Northern Lights, Study from North Norway” (1901)
Norveçin Loften arxipelaqında çəkilib. Boberg bu möhtəşəm qış dünyasında işığa valeh olub. “Bu rəssamlar təbiətin ekstremallığına cavab tapmağa – qarın, qışın və buzun mahiyyətini hiss etməyə çalışırdılar”,- deyə Küster izah edir.
Gustaf Fjaestad – “Winter Moonlight” (1895)
Bu rəsm nağıl atmosferini əks etdirir.
Akseli Gallen-Kallela – “The Lair of the Lynx” (1908)
Qarın qatı qatları ilə əhatələnən mənzərəni təsvir edir. Bu əsər qışın dəyişən təbiətini göstərir.
Edvard Munch – “Train Smoke” (1900)
Nordstrandda sənayeləşmənin gəlişini əks etdirən əsərdir.
Bu əsərlər təbiətin dəyişkənliyini tanımağa çağıraraq nostalji və melankoli hissləri oyadır. Munch-un məşhur əsəri “Train Smoke” sənayeləşmənin təsirlərini əks etdirir.
Danimarkalı rəssam Jakob Kudsk Steensen-in “Boreal Dreams” (2024) adlı əsəri isə boreal ekosistemlərin keçmişi, bu günü və gələcəyini virtual reallıq vasitəsilə nümayiş etdirir.
Bu rəssamlar qışı qəbul etməklə həyatımızın qaranlıq dövrləri ilə daha yaxşı mübarizə aparmağın mümkün olduğunu göstərir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
