Bu gün:

Əsərləri ilə valeh edən məhşur qadın rəssam-Frida Kahlo


Ölümündən təxminən 68 il keçməsinə baxmayaraq, hələ də günümüzün ən ikonik adlarından biri olan, sənət həyatı və sənəti qədər məşhurlaşan Frida Kahlonun rəsmlərində istifadə etdiyi güclü avtobioqrafik elementlər və realizmlə fantaziyanı qarışdırdığı üslubu var idi. Frida Kahlo ağrısını, ehtirasını və xroniki ağrı təcrübəsini əks etdirən rəsmləri, avtoportretləri, cəsarətli və canlı rəngləri ilə bu gün də dünyanın ən məşhur qadın rəssamlarından biridir. 

Tam adı Magdalena Carmen Frida Kahlo y Calderon olan Frida Kahlo 6 iyul 1907-ci ildə Meksikada ailənin üçüncü övladı olaraq macar əsilli alman ata və ispan-amerikan hindu əsilli meksikalı ananın ailəsində anadan olub. Kahlonun atası Vilhelm alman fotoqrafı olub, Meksikaya mühacirət zamanı Fridonun anası Matilde ilə tanış olub və onunla evlənib. Bədii karyerası boyunca Kahlo tez-tez həm Avropalı müstəmləkə əcdadlarını, həm də doğma Meksikalı əcdadlarını ikili müxalifətlər kimi təsvir edərək şəxsiyyətini araşdırıb. Frida altı yaşında olanda poliomielit xəstəliyinə tutulub və xəstəliyə görə doqquz ay yataq xəstəsi olub. Frida bu prosesdən sonra sağalıb, lakin poliomielit onu həyatı boyu davam edəcək xroniki xəstəlik və axsayan ayağı ilə tərk edib.

Frida peşəkar fotoqraf olan atasına xüsusilə yaxın olub və tez-tez öz studiyasında ona kömək edib. Bəzi rəsm dərsləri alsa da, Frida daha çox elmə maraq göstərib və 1922-ci ildə tibb təhsili almaq niyyəti ilə Mexiko şəhərindəki Milli Hazırlıq Məktəbinə daxil olub. 1925-ci ildə Frida avtobus qəzası keçirib. Dəmir məhəccər onun ombasına dirənərək bədəninin o biri tərəfindən çıxdığı zaman o, qəzada ölümlə burun-buruna gəlib. Onurğasında, körpücük sümüyündə və qabırğalarında çoxsaylı sınıqlar, çanaq sümüyü, ayağı sınıq və çiyninin yerindən çıxması ilə o, uzun illər yenidən yataq xəstəsi olub və demək olar ki, bütün bədən quruluşları və dözülməz ağrılarla yaşamalı olub. Bu qəzaya görə həyatı boyu 30-dan çox tibbi əməliyyat keçirib. Bədən gipsində sağalmağa çalışdığı müddətdə o, bütün diqqətini rəssamlığa yönəldib.

Frida və məşhur meksikalı muralist Dieqo Rivera ilk dəfə 1922-ci ildə orta məktəbdə bir layihə üzərində işləməyə gedəndə tanış olublar. Rivera məktəbin auditoriyasında "Yaradılış" adlı divar rəsmini çəkərkən Frida tez-tez Dieqonu ziyarət edib. Riveradan həm sənət, həm də emosional cəhətdən çox təsirlənən Frida ona aşiq olub. Daha sonra Meksika Kommunist Partiyasına qatılıb və burada Dieqo ilə yenidən birlikdə olub. Ona bəzi işlərini göstərəndə Dieqo onu rəsm çəkməyə davam etməyə təşviq edib. Frida və Dieqonun romantik münasibəti 1928-ci ildə başlayıb və Dieqo keçmiş həyat yoldaşından ayrılaraq 1929-cu ildə Frida ilə evləndib. Birlikdə yaşadıqları ilk illərdə Frida komissiyalarını haradan aldığından asılı olaraq Dieqo ilə tez-tez səyahət edib. 1930-cu ildə Kaliforniyanın San Fransisko şəhərində yaşayıblar. Daha sonra Dieqonun Müasir İncəsənət Muzeyində nümayişi üçün Nyu Yorka gediblər və sonra Detroit İncəsənət İnstitutu ilə Dieqonun komissiyası üçün Detroitdə məskunlaşıblar. Dieqo kommunist lideri Vladimir Leninin portretini sonradan çəkiləcək divar rəsminə əlavə etdikdən sonra layihə üzərində işi dayandırılıb. Bu hadisədən aylar sonra cütlük Meksikaya qayıdıb və Meksikanın San Angel şəhərində yaşamağa başlayıb. Dieqo nazlı bir adam olub və evlilikləri boyunca bir çox xəyanətlər yaşanıb, lakin Fridaya ən çox təsir edən kiçik bacısı Kristina ilə münasibəti olub . Frida Dieqoya bəslədiyi dərin məhəbbətə görə olanlardan kədərlənsə belə Dieqodan ayrıla bilməyib. Ancaq bu ailə xəyanətinə cavab olaraq, Frida ticarət nişanı olan uzun qara saçlarının çoxunu kəsdirib. Onu dərindən incidən başqa bir vəziyyət uşaq sahibi ola bilməmək olub. Bu keşməkeşli münasibət zamanı Frida və Dieqo ayrılıq dövrü keçiriblər, lakin 1937-ci ildə sürgündə olan sovet kommunisti Leon Trotski və həyat yoldaşı Natalyaya kömək etmək üçün yenidən birləşiblər. Meksikada sığınacaq alan Trotskilər 1937-ci ildə Fridanın uşaqlıq evi olan Mavi Evdə onlarla birlikdə qalmağa gəlib. Bir vaxtlar Sovet lideri İosif Stalinin rəqibi olan Trotski keçmiş düşməni tərəfindən öldürüləcəyindən qorxub. Frida ilə Trotskinin bu müddət ərzində qısa münasibət barədə şayiələr yayılıb.

Həyat təcrübəsi Fridanın 200-ə yaxın əsər, eskiz və rəsmlərində ümumi mövzu olub. O, öz kətanlarında fiziki və emosional ağrılarını, iki dəfə evli ərini, rəssam dostu Dieqo Rivera ilə təlatümlü münasibətini kəskin şəkildə təsvir edib. Onun 143 rəsmindən 55-i avtoportret olub. Fridanın ilk avtoportreti 1926-cı ildə çəkdiyi "Məxmər paltarda avtoportret" idi. Frida 1940-cı ildə Mexicano Galeria de Arte-də keçirilən "Beynəlxalq Sürrealizm Sərgisi"nə qatılıb. Orada o, iki ən böyük rəsm əsərini - "İki Frida" və "Yaralı Masa"nı sərgiləyib. Frida arabir sifarişli şəkillər çəkməsinə baxmayaraq çox azını satıb.

Onun sağlığında, 1953-cü ildə, 47 yaşında ölümündən cəmi bir il əvvəl Meksikada yalnız bir fərdi sərgisi olub. Həmin vaxt o, həkimin göstərişi ilə yataq istirahətində olsa da, sərgisində iştirak etmək istəyib. O, təcili yardım maşınında qalereyaya gəlib, xərəkdə gətirilməsini və açılışdan həzz ala biləcəyi çarpayıya aparılmasını istəyib. Qalereya açıldıqdan bir neçə ay sonra Fridanın səhhəti daha da pisləşib və sonda qanqren səbəbiylə sağ ayağı diz nahiyəsindən amputasiya edilməli olub. Bu onu daha da depressiyaya salıb və ağrıkəsicilərə aludə olub. Daha bir sərgiyə getdiyi günün gecəsi onun halı pisləşib. O, həmin gecə, 1954-cü il iyulun 13-də 47 yaşında dünyasını dəyişib. Onun ağciyər emboliyasından öldüyü bildirilsə də, bəzi şayiələr onun intihardan və ya həddindən artıq dozadan öldüyünü irəli sürür. Ölümündən bir neçə gün əvvəl gündəliyində qeyd edib:

"Ümid edirəm ki, çıxış əyləncəlidir və ümid edirəm ki, heç vaxt qayıtmayacağam."

2006-cı ilin may ayında Frida Kahlonun əsərləri çox yüksək qiymətə satılıb. Hərracda alınan ən bahalı Latın Amerikası əsəri kimi rekord qırıb və Frida Kahlonu indiyə qədər ən bahalı əsərə sahib qadın rəssamlardan biri olub. Frida Kahlo bu günlərdə demək olar ki, təsəvvür edə biləcəyiniz hər yerdədir. Hara getsəniz, Frida Kahlonun portreti, çanta və köynəklərin üzərində işlənmiş Frida fiqurları, Fridanın sitatları olan kartlar, Frida Kahlo temalı kafelər, restoranlar, küçələri bəzəyən divar rəsmləri; sabun qəlibləri; plakatlar; və daha çox... Onların hamısı meksikalı rəssamın dünyaca məşhur xüsusiyyətlərini əks etdirir: başının üstündə tacla hörülmüş və rəngarəng çiçəklərlə bəzədilmiş saçlar, məğrur təkqaş və meydan oxuyan baxış. 1954-cü ildə ölümündən bəri, Kahlo sənətçilərlə münasibətlərində çətinliklərə və patriarxal zülmə qarşı qlobal müqavimət simvoluna, feminist ikonaya və həm kişilər, həm də qadınlar, eləcə də queer icma arasında bir kult fiquruna çevrilib. Bu gün Frida hələ də kişi mərkəzli bir dünyaya meydan oxuyan qadın varlığı, öz imicini təyin edən qorxmaz sənətkardır.

1944-cü ildə çəkilmiş "Qırılmış Sütun" Frida'nın onurğa beynindəki əməliyyatdan qısa müddət sonra yaratdığı əsər olub. Biz onun cərrahi korsetlə təchiz olunmuş, demək olar ki, çılpaq və yarıya bölünmüş bədənini və onurğasını yarıq dekorativ sütun kimi görürük. Əslində, bu sınıq onurğa sütunu az qala zəlzələ çatı kimi təsvir olunub və onun onurğa beyni xüsusilə kökündə çökməyə yaxın görünür. O, özünü çılpaq təsvir edib, lakin daha sonra alt yarısını örtmək üçün cərrahi görünüşlü ağ vərəq əlavə edib. Sinəsi açıq və bədəni şikəst olsa da, onun həssaslığı hələ də açıq şəkildə görünür.

Digər avtoportreti isə 1940-cı ildə çəkdiyi “Saçları kəsilmiş” olub. Frida və Dieqonun hər iki tərəfdə bir çox aldatma hadisələri ilə qarışıq münasibətləri var idi. “Saçları kəsilmiş” avtoportretdə biz Fridanı kişi kostyumunda, əlində qayçı, saçları oturduğu kreslonun ətrafına dağılmış halda görürük. Frida Dieqonun bacısı Kristina ilə münasibətdə olduğunu öyrəndikdən sonra sevimli saçlarını kəsdirib. İlk baxışdan bu şəkil də o anın kədərli əksidir.

1937-ci ildə çəkilmiş “Yaddaş, Ürək” rəsm əsəri Dieqonun Fridanın kiçik bacısı Kristina ilə münasibətinin doğurduğu ağrıları yenidən göstərir. Frida özünü sahildə su kənarında dayanmış, bir ayağı qumda, bir ayağı dənizdə, göz yaşları ilə dolu ifadəsiz üzlə tamaşaçıya baxdığını təsvir edib. Sinəsindəki böyük boşluqdan metal çubuq keçir. Çubuğun hər bir ucunda mişar sürmüş kimi dayanan Cupid təsviri var. Fridanın ürəyi bədəninin xaricində uzanan böyük, qanayan, parçalanmış bir orqan kimi təsvir edilmişdir. Ürəkdən gələn qan quma sızır, sonra dənizə qarışır. Ayaqlarındakı bu böyük qırıq ürək Fridanın əzablarının şiddətini təsvir edir.

“İki Frida” sənət əsəri iki dəfə, Fridanın Dieqodan boşanmasından qısa müddət sonra təsvir edilib. Bir Frida Meksikanın Tehuana bölgəsindən Dieqonun sevdiyi Fridanı təmsil edən kostyum geyinir, digər Frida isə Dieqonun xəyanət etdiyi və rədd etdiyi qadın kimi Avropa paltarı geyinir. Frida əvvəlcə gündəliyində bu rəsmin xəyali uşaqlıq dostunun xatirəsindən ilhamlandığını yazsa da, sonradan onun Dieqodan ayrılmaqdan ümidsizliyini və tənhalığını ifadə etdiyini etiraf edib. Bu rəsmin digər adı "Suda Gördüklərim"dir.

“Ümidsiz”  1945-ci ildə, Fridanın həkiminin onu reseptlə qidalanmağa məcbur etdiyi bir vaxtda çəkilib. O zaman Frida keçirdiyi çoxsaylı əməliyyatlar və xəstəliklər səbəbindən iştahsızlıqdan əziyyət çəkib. Həkimi Dr.Eloesser ona tam yataq istirahəti və hər iki saatdan bir püre halında qidalardan ibarət məcburi pəhriz verib. Bu rəsm əsərində Frida "zorla qidalandırmaq" pəhrizi ilə yaşadıqlarını açıqlayır və tələyə düşdüyü yatağında ağzından fışqıran heyvanların və kəllələrin olduğu qanlı və iyrənc yeməkləri təsvir edir.



Mənbə:oggusto
Tərcümə etdi:Fidan Şahbazlı


 

Paylaş
Şərh əlavə et