Bu gün:

Benjamin Franklinin həyatı boyu əməl etdiyi 12 prinsip


Amerika Birləşmiş Ştatlarının qurucularından biri, diplomat, alim, ixtiraçı, yazar və siyasətçidir. O, ABŞ-ın Müstəqillik Bəyannaməsinin və Konstitusiyasının hazırlanmasında mühüm rol oynamışdır. Franklin həmçinin dövrünün ən tanınmış elm adamlarından biri olub və elektrik enerjisi ilə bağlı tədqiqatları ilə məşhurdur. Onun bu qədər müxtəlif sahələrə yayıla bilməsinin sirri 1726-cı ildən bəri özünə möhkəm yerləşdirdiyi prinsiplərdə ola bilər.


1) Mülayimlik : Baş gicəllənməmək üçün kifayət qədər yemək, sərxoş olmamaq üçün kifayət qədər içmək.


2) Susmaq : Özünüzə və ya başqalarına faydalı olacaq şeylərdən başqa danışma, boş müzakirələrdən uzaq durun.


3) Səliqə-sahman : Hər şeyinizin yeri, bütün işinizin vaxtı var.


4) Əzmkarlıq :  etmək istədiyinizə qərar verin, qərar verdiyiniz şeyi mütləq edin.


5) Qənaətcillik :  Nə özünüzə, nə də başqalarına faydası olmayan şeylərə pul xərcləmə, heç nəyi israf etmə.


6) Hazırcavablıq : Vaxt itirmə, həmişə faydalı işlərlə məşğul ol, bütün lazımsız işləri həyatınızdan sil.


7) İxlas :  Zərərli hiylədən uzaq olmaq, məsum və ədalətli düşünmək, əgər danışırsansa, düz danış.


8) Ədalət : Tapşırığın yerinə yetirilməsi nəticəsində baş verən səhvləri və ya faydaları düzgün qiymətləndirmək.


9) Moderasiya : İfratlardan uzaq durun, səhvlərə layiq olduğunu düşündüyünüz müddətcə onlara səbirli olun.


10) Təmizlik : Bədəninizə, paltarınıza və ətrafınıza heç vaxt çirklənməyə icazə verməyin.


11) Sakitlik : Faydasız mübahisələrdən, tez-tez baş verən və qaçılmaz qəzalardan təsirlənməmək.


12)Təvazökarlıq : Hz. İsa və Sokrat kimi davranın.


Mənbə:Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı





Paylaş
Şərh əlavə et