Joan Plowright İngiltərənin tanınan aktrisalarından biri idi. O, əsasən teatrda çıxışları ilə məşhur olsa da, filmlərdə də rol alıb. O, Tony və Qızıl Qlobus mükafatlarını qazanıbd. Plowright filmlərə isə daha çox pul qazanmaq üçün çəkildiyini deyib.

1961-ci ildə Broadway-də “A Taste of Honey” tamaşasındakı rolu ilə Tony mükafatı alıb. Daha sonra başqa məşhur teatr rollarında da çıxış edib. Eyni zamanda, “Enchanted April” və “Tea with Mussolini” kimi tanınan filmlərdə də rol alıb.

Erkən həyatı və karyerasının başlanğıcı
Joan Ann Plowright, 29 oktyabr 1929-cu ildə İngiltərənin Brigg şəhərində doğulub. Onun anası Daisy, həvəskar aktrisa idi və qızının erkən yaşda səhnə sevgisini dəstəkləyib. Plowright Scunthorpe Qrammatika Məktəbində təhsil aldıqdan sonra Bristol Old Vic-də drama üzrə təhsil alıb.
1948-ci ildə Croydon şəhərində professional aktrisa kimi debüt edən Plowright, 1956-cı ildə Londondakı Royal Court Teatrına qoşulub. Burada daha çox aktyorluq bacarığı tələb edən rollarla tanınıb.
Laurence Olivier ilə münasibəti
1957-ci ildə Sir Laurence Olivier ilə “The Entertainer” adlı tamaşada rol alan Plowright, bu münasibətin nəticəsində Olivier ilə evlənib. İkisi birlikdə müxtəlif teatr əsərlərində çıxış ediblər və üç uşaq sahibi olublar. Lakin Olivier-in həyatındakı çətinliklər və emosional dalğalanmalar münasibətə təsir edib.
Teatr və film karyerası
Plowright teatrda müxtəlif rollar oynayıb və National Theatre-də uzun müddət işləyibdir. Onun teatr karyerasının zirvəsi, Olivier ilə birlikdə çıxış etdiyi Çexovun “Dayı Vanya” tamaşası olub. Bu tamaşa tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.
Filmdə isə “Enchanted April” (1991) filmi ilə həm Qızıl Qlobus qazanıb, həm də Oskar nominasiyası alıb. Onun digər məşhur filmləri arasında “Jane Eyre” (1996), “101 Dalmatians” və “Dennis the Menace”-də yer alır.
Son illəri və təqaüdə çıxması
2004-cü ildə Dame titulu alan Plowright görmə qabiliyyətinin zəifləməsi səbəbindən səhnəni tərk edib.
Dame Joan Plowright həm teatrda, həm də filmdə incəsənətə töhfəsi ilə yadda qalıb.
Mənbə:BBC News
Tərcümə etdi: Nigar Muştaqova
