Bu gün:

Qədim Roma boruları və yaratdıqları təhlükələr


Roma dövrünə aid orijinal qurğuşun su borusu hovuzlara su çəkmək üçün istifadə edilirdi. Bu boruların xüsusi quruluşu hovuzun içindəki suyun tamamilə boşaldılmasına və yenidən doldurulmasına imkan yaradırdı. Beləliklə, hovuzlar təmizlənə və yenilənə bilirdi, bu da suyun keyfiyyətini və hovuzun uzun müddət istifadəsini təmin edirdi.

Qurğuşun borularını pasdan və lövhədən təmizləsəniz belə, müasir borularla müqayisədə vizual fərqlər açıq şəkildə görünəcək. Lakin qurğuşun materialının reaksiyaya uğrayaraq çürümə ehtimalını nəzərə almaq vacibdir. Bu, su ilə qarışaraq sağlamlıq üçün təhlükəli bir vəziyyət yarada bilər. Hətta həmin su içilməsə belə, qurğuşunla çirklənmiş su ciddi sağlamlıq problemlərinə, xüsusən də zəhərlənmələrə və uzunmüddətli təsirlərə səbəb ola bilər. Bu səbəbdən, qurğuşun materialının istifadəsi diqqətlə qiymətləndirilməlidir.

Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev


Paylaş
Şərh əlavə et