Əsrlər öncə yaradılmış bu halqaların sirri həm alimləri, həm də tarix həvəskarlarını uzun müddət düşündürüb. Keçirilmiş bir araşdırma bu sirli quruluşların tarixi və mədəni mənasını üzə çıxarıb.

Avstraliyanın Melburn şəhəri yaxınlığındakı Sanberi bölgəsində aşkar edilən bu halqalar, Aborigen Wurundjeri Woi-wurrung xalqı tərəfindən inşa edilib.
Tədqiqatçılar bu quruluşların 590-dan 1.400 il əvvələ aid olduğunu müəyyənləşdiriblər. Halqaların yaradılması zamanı torpaq qazılıb, daşlar diqqətlə düzülüb və ətraf ərazilər tənzimlənib.
O dövrdə bu halqaların tonqallar yandırmaq, daş alətlər hazırlamaq və hətta dini mərasimlər keçirmək üçün istifadə edildiyi düşünülür.
Araşdırmalar göstərir ki, halqalar Aborigen xalqının təbiətlə olan əlaqəsini əks etdirir. Bu halqaların heyvanları istiqamətləndirmək, bitkilər üzərində proseslər aparmaq və ya mərasim məqsədilə istifadə olunduğu ehtimal edilir.
Təəssüf ki, Avropa kolonizasiyası dövründə bu halqaların böyük bir hissəsi məhv edilib. Lakin bu günə qədər qorunub saxlanılan halqalar Aborigen mədəniyyətinin nə qədər qədim və zəngin olduğunu bir daha sübut edir.
Hazırda tədqiqatçılar və Wurundjeri Woi-wurrung xalqı bu quruluşların mənasını qorumaq üçün birlikdə çalışır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
