Dünyanın ən gözəl və ilhamverici əsərlərindən bəziləri kilsələrdir. Dini inancımızdan və ya mənsubiyyətimizdən asılı olmayaraq, onların möhtəşəm memarlığını hər kəs qiymətləndirə bilər.

Duomo, Milan
Onun tikintisi 500 il çəkib, bəli, zarafat etmirik. Tikintisinə 1386-cı ildə başlanan Duomo dünyanın ən böyük katolik kilsələrindən biridir və onu Milan Katedrali də adlandırırlar. Adını hər zaman “Moda Həftəsi” və inanılmaz gözəl butikləri ilə tanıdan Milanın tamamilə fərqli simasını kəşf etmək istəyənlərə bu kilsəni ziyarət etməyi tövsiyə edilir. Şəhərin ən heyranedici simvolu olan kilsənin uzunluğu 158 metr, hündürlüyü isə 91 metrdir. Onun 40.000 nəfər tutumu olan interyeri də inanılmaz dərəcədə böyükdür. İçəri girəndə göz qamaşdıran vitrajdan gələn işığın necə ruhlandırıcı olduğunu hiss edəcəksiniz. Yeri gəlmişkən, kilsənin damına çıxmaq üçün lift və ya pilləkənlərdən istifadə də bilərsiniz.
Yubiley kilsəsi, Roma
İtaliyada kahinlik həyatını canlandırmaq üçün nəzərdə tutulmuş Yubiley Kilsəsi (La Chiesa del Dio Padre Misericordioso) Romanın mərkəzində yerləşir. Ardıcıl üçbucaqlı quruluş 3 fərqli şəkildə ifadə edilir.
Müqəddəs Basil Katedrali, Moskva
Rusiyanın ən məşhur simvolu olan St. Bazil Katedrali 1555-1560-cı illərdə Qırmızı Meydanda tikilib. Təxminən 450 ildir bənzərsiz gözəlliyi və əzəmətli duruşu arxasında təəccüblü faktları gizlədən bu tikili əsl memarlıq möcüzəsidir. 16-cı əsrdə İvan hərbi qələbənin xatirəsinə möhtəşəm bir binanın layihələndirilməsini əmr edib. Ehtimal olunur ki, bu əfsanəvi quruluş tamamlandıqdan sonra İvanın başqaları və ya başqa ölkələr üçün belə gözəl bir quruluş layihəsi hazırlamasına mane olmaq üçün onun gözləri bağlanıb. Həqiqət budur ki, memar İvan Vladimirdə başqa bir kafedral tikdirib. Yeri gəlmişkən, İvanın əsl adı Postnik Yakovlevdir.
Brasilia Katedrali, Braziliya
Brasilia Cathedral, Braziliyanın Brasília şəhərinə xidmət edən Roma Katolik kilsəsidir və Brasília Baş Yeparxiyasının evi kimi xidmət edir. Oscar Niemeyer tərəfindən dizayn edilmiş bu kilsə 31 may 1970-ci ildə tamamlanıb.
Müqəddəs Pyotr kilsəsi, Vatikan
Müqəddəs Pyotr Bazilikası memarlıq və incəsənətin inanılmaz nailiyyətidir. Kilsə Romanın ən gözəl tikililərindən biridir. Vatikanın mərkəzində yerləşən bu, dünyanın ən böyük Xristian Bazilikasıdır. Müqəddəs Pyotr Bazilikası eramızın 320-ci ilində İmperator Konstantin tərəfindən tikilib. Təxminən min ildir ki, bazilika dizayn və tanınma baxımından inkişaf edib, zənginləşib. Bu müqəddəs tikilinin tikintisinə 1506-cı il aprelin 18-də başlanılıb.
Sagrada Familia, Barselona
"Yarımçıq kilsə" kimi də tanınan Sagrada Familia 1882-ci ildən tikilir və içəridəki kafedral hələ də tikilir. Onun tikintisinin 2027-ci ilə qədər başa çatdırılacağı təxmin edilir. Nəhəng bazilika olan Sagrada Familia Qaudinin Barselonadakı ən məşhur əsərlərindən biridir. Qaudi həyatının böyük hissəsini Barselonanın simvoluna çevrilən Sagrada Familia əsərinə həsr etmiş dünya şöhrətli memardır.
Müqəddəs Xaç Şapel Kilsəsi, Sedona, Arizona
Əvvəlcə Müqəddəs Xaç Kapellası kimi tanınan kilsə, 1956-cı ildə tamamlandıqdan sonra Arizona ştatının Sedona şəhərinin əsas simvoluna çevrilib. Frank Lloyd Wright-ın tələbəsi Marguerite Brunswig Staude tərəfindən dizayn edilmiş Şapel kənardan onu əhatə edən qırmızı qayaların arasından çıxmış kimi görünür.
Mənbə: Miliyyet
Tərcümə etdi: Dilbər Paşazadə
