Bu gün:

Cəzari kimdir?


Ləqəbini yaşadığı şəhərdən götürən Əl-Cəzari fizika və mexanika sahələrində cəmləşərək bir çox prinsiplər və ixtiralar edib. 

Cəzari 1136-cı ildə Cizrənin Tor məhəlləsində anadan olub. Kibernetika sahəsinin qurucusu sayılan fizik, robot və matris ustası alim "İsmail Ebul İz Bin Rezzaz El-Cezeri" 1206-cı ildə Cizrədə vəfat edib. Ləqəbini yaşadığı şəhərdən götürən Əl-Cəzari təhsilini Camia mədrəsəsində tamamlayıb, fizika və mexanika sahələrinə diqqət yetirib, bir çox prinsiplər və ixtiralar edib. Dünya elm tarixi baxımından günümüzün kibernetika və robot texnikası üzərində çalışan ilk elm adamı olan Cəzarinin qurduğu avtomatik maşınlar günümüzün mexaniki və kibernetik elmlərinin təməl daşlarını təşkil edir.

Nəzəri araşdırmalardan daha çox praktiki və empirik araşdırmalar aparan Cəzarinin istifadə etdiyi başqa bir üsul da əvvəlcədən hazırlayacağı cihazların kağız modellərini qurmaq və həndəsə qaydalarından istifadə etmək idi.

Bəzi maşınlarında hidromexaniki təsirlərlə tarazlıq və hərəkət sisteminə müraciət edən Cəzari bəzi maşınlarında şamandıra və iplər arasında dişli çarxlardan istifadə edərək qarşılıqlı təsir sistemi qurmağa çalışıb. Öz-özünə işləyən avtomatik sistemlərdən sonra Cəzarinin avtomatlaşdırmaya verdiyi ən mühüm töhfə su gücü və təzyiq təsirindən istifadə edərək özünü tarazlayan və tənzimləyən balansın yaradılmasıdır.

Mənbə: Hürriyet
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et