
Qədim tanrıçaların birləşməsi olan Afrodita sevginin, gözəlliyin və məhsuldarlığın qoruyucusu idi. Ancaq bu yunan ilahəsinin şöhrət qazanmasının düşündüyünüzdən daha mürəkkəb bir hekayəsi var.
Yunan Olimpiya tanrıları çılğın və problemli bir ilahi ailə idi. Yunanıstanın şimalındakı Olimp dağının əzəmətli yamaclarında yaşadığına inanılan bu fövqəltəbii varlıqların insanlara bənzədiyi güman edilirdi, lakin daha böyük, daha parlaq və daha güclü idilər.
Olimpiya tanrıları və ilahələri müdriklik (Afina), ağıl (Apollon) və məhəbbət (Afrodita) kimi insani keyfiyyətlərin təcəssümü idi, lakin onların mükəmməl olduğunu söyləmək mümkün deyildi. Alkoqol içər, romantik münasibətlərə girər, qəzəblərini insanların üzərindən çıxardardılar. Bədən şəkli dəyişdirmə nəticəsində ən gözlənilməz yerlərdə görünə bilər, küncdən zərif mehdə və ya qızğın dənizdə dəhşətli bir məxluq kimi özünü göstərə bilər. Onlar heç vaxt heç kimə, xüsusən də tanrıların padşahı Zevsə qarışmazdı.
Afroditanı tanıdığımızı düşünürük. Onun ildə bir dəfə sevgililər günü kartlarında görünən sevgi ilahəsi olduğunu düşünürük. Bununla belə, psixoloji, tarixi və arxeoloji nöqteyi-nəzərdən o, bundan daha çoxu idi: Afrodita zaman və məkanı aşan bir güc və təsir mənbəyi idi. Avropa, Asiya və Şimali Afrikada aparılan tədqiqatlar göstərib ki, Afroditaya ibadət formaları istək, sevgi, şəhvət və sivilizasiyanın mürəkkəb problemlərini işıqlandırdığını göstərib.
Mənbə: Arkeofili
Tərcümə etdi: Sona Osmanova
