Osmanlı sultanlarının sui-qəsdlərdən qorunmaq üçün seladon çini qablarından istifadə etdiyi barədə inanclar geniş yayılıb. Deyilənlərə görə, bu qablar zəhərli maddələrlə təmasda olduqda rəng dəyişdirirdi və bu, sultanları mümkün zəhərlənmələrdən qoruyurdu. Lakin Doç. Dr. İrem Palanın araşdırmaları bu iddianın elmi əsası olmadığını sübut edir.
Seladon çini qabları Çində istehsal olunan və Osmanlı sarayına idxal edilən nadir və qiymətli mətbəx əşyaları idi. Topqapı Sarayı Muzeyində XIV əsrə aid zəngin seladon kolleksiyası bu əşyaların saray həyatında nə qədər önəmli yer tutduğunu göstərir. Əslində, bu qablar yalnız zəhər qorxusundan deyil, həm də yüksək estetik və bədii dəyəri ilə seçilirdi.
Seladon çini qablarının incə naxışları və unikal rəngləri Osmanlı mədəniyyətinə uyğunlaşdırılıb və sarayın zəngin süfrə mədəniyyətinin bir hissəsinə çevrilib. Hər nə qədər zəhəri aşkar etmək funksiyasına dair inanclar batil olsa da, bu əşyalar Osmanlı sarayında həm praktiki, həm də simvolik dəyəri ilə ön planda olub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
