Bu gün:

Orta əsrlərdə mövcud olmuş adət-ənənələr



Orta əsrlər çoxumuzun "qaranlıq əsr" kimi bildiyi bir dövrdür. Bu dövr bir çox qəribə və maraqlı ənənələrlə bu gün də yadda qalıb. V əsrdən XV əsrə qədər davam edən orta əsrlərdə insanların özünəməxsus maraqlı vərdişləri olub.  

Əvvəlcə onların gözəllik anlayışına baxaq. Orta əsrlərdə qadınlar yuvarlaq və hamar üzlər üçün qaşlarını, kirpiklərini və saçlarını yolardılar.

Həmçinin orta əsrlərdə qadın dəbi kimi kişi dəbi də diqqətçəkən idi.

Xüsusilə sosial qruplardan olan kişilər dəbi yaxından izləyirdilər. Orta əsrlərdə kişi ayaqqabılarının uzunluğu onların sosial vəziyyətini açıq şəkildə göstərirdi.

Beləliklə, bəzi kişi ayaqqabıları o qədər hündür olub ki, onların balina sümüyü kimi materiallarla gücləndirmək lazım idi.

Hündür sivri burunlu ayaqqabılar insanın görünüşünü və ictimai mövqeyini nümayiş etdirmək üçün istifadə edilən ən cazibədar dəb əşyalarından biri idi.

Təkcə o yox. O zamanlar kişilər geyimlərinə daha cəsarətli və açıq yanaşmanı tərzini mənimsəyib, qısa tunikaların altından tayt geyinərək bədən cizgilərini daha qabarıq göstərirdilər.

Orta əsrləri qaranlıq əsrlər adlandırmalarının ən güclü səbəblərindən biri də dövrün məhkəmələridir. Bu məhkəmələrdə yalnız insanlar deyil, heyvanlar da mühakimə oluna və cazalandırıla bilərdi. Heyvanlar qanunu pozarsa, onlar da məhkəməyə verilirdi.

Donuzlar tez-tez uşaq yeməyini və ya bədən hissələrini çeynəmək kimi cinayətlərə görə mühakimə olunur və edam edilirdi. Bir xoruz da yumurta qoymaqla qeyri-təbii hərəkət etməkdə təqsirli bilinib.

Başqa bir işdə bir sıra delfinlər müttəhim qismində mühakimə olunub. Siçovullar xəbərdarlıq edilsə də, yuva saldıqları binaları tərk etməsələr, cəzalandırıla bilərdilər.

Orta əsrlərdə günahkar bilinən insanlara verilən cəzalar nəhəng fillər tərəfindən həyata keçirilirdi.

Cinayətkarlar fillər tərəfindən əzilərək öldürüldü. Bəzi cinayətkarlar isə siçovul işgəncələrinə məruz qalırdılar. Bu üsulla işgəncə verən şəxs yarımqəfəsli siçanı qurbanın qarnına yerləşdirir və qəfəsi yuxarıdan qızdıraraq siçanı çətin vəziyyətdə qoyurdu. İstidən qaçmağa çalışan siçan çarəsizcə qurbanın mədəsini caynaqları ilə deşməli olurdu.

Evlilik ənənələrinə də nəzər salaq. Xüsusən də yuxarı təbəqədən olan ailələrdə qadınların söz demək haqqı sıfır olduğu üçün 12-13 yaşlarında evlənirdilər.

Evlənəcəkləri insanı seçmək tamamilə kişilərin və onların ailələrinin qərarı idi. Evliliklər daha çox siyasi və sosial səbəblərdən qurulduğundan cütlüklərin şəxsi həyatına çox əhəmiyyət verilmirdi.

Mənbə: Onedio

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et