Qədim Misir mədəniyyətində heyvanlar dini inanclarla sıx bir əlaqəli idi və bu heyvanlar yalnız simvolik mənaları ilə deyil, həm də praktiki faydaları ilə böyük önəm daşıyırdı. Misirlilərın qədim dövrlərdə dini inanclarına ən yaxın əlaqə qurduqları heyvanlardan biri də babunlardı. Bu heyvanların davranışları, xüsusilə, onların günəşin istisində faydalanmaları vərdişi Misir mədəniyyətində böyük bir dini və simvolik dəyər qazanıb.

"Hamadryas babunları", xüsusilə, Misirlilər tərəfindən, "Ra" və "Thoth" kimi tanrılarla əlaqələndirilirdi. Onlar gündüzün başlanğıcını simvolizə edən günəşin doğuşu ilə əlaqəli hesab edilirdi. Babunların bu davranışı, onların "Ra" ilə birbaşa ünsiyyət qurduğuna dair inanclara səbəb olmuşdu. Misirlilər babunların Ranın "ən sevimli övladları" olduğunu düşünürdülər. Bu heyvanların dini baxımdan önəmli olmasının yanında, iqtisadi və ticarət dəyərləri də mövcud idi.
Təcrübələr "Hamadryas babunları"nın yalnız günəşə olan xüsusi asılılıqları ilə deyil, həm də onların həzm sistemlərindəki mikrobların sabah günəş şüaları ilə aktivləşməsi ilə daha sürətli qidalanmalarını təmin etdiyini göstərib.
Miladdan öncə 3150-ci ildən etibarən, bu heyvanların müqəddəs sayılması barədə izlər tapılmağa başlanmışdır. Misir fironlarından biri olan Tutankhamunun məzarında 12 babun fiquru gecə saatlarını təmsil edən bir rəsmdə yerləşir. Bu rəsmdə, babunların yalnız dini mənaları deyil, həm də təbiətə və mədəniyyətə olan təsiri aydın şəkildə görünür.
Beləliklə, Qədim Misirdə babunların rolu yalnız dini deyil, həm də sosial və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Babunlar, Misırlilərın həyatında həm ruhani, həm də gündəlik həyatın ayrılmaz bir hissəsi olub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
