Bu gün:

Dağ velosipedi nədir?


Dağ velosipedi kələ-kötür ərazidə hərəkət etməyə və təbiəti kəşf etməyə imkan verən əla idman növüdür. Dağ velosipedinin bəşəriyyətin düşündüyü ən həyəcanverici nəqliyyat vasitəsi olduğunu düşünənlərin sayı az deyil. Ölkəmizdə həvəskar kimi bu idman növü ilə məşğul olanlarla yanaşı, bu idman növü ilə ürəklərini peşəkarcasına bağlayanların da sayı günü-gündən artır. 

Dağ velosipedi nədir?

Kələ-kötür ərazidə hərəkət etməyə və təbiəti kəşf etməyə imkan verən zövqlü, adrenalinlə dolu bir idman növüdür.

Dağ və daşlı ərazilər üçün nəzərdə tutulmuş dağ velosipedləri çox fərqli xüsusiyyətlərə malikdir. Təbii ki, dağ velosipedi modelləri və avadanlıqları digər velosipedlərdən xeyli fərqlənir. Normal velosipedlə dağ velosipedi arasında çoxlu fərq var, ən sadə şəkildə əyləc sistemləri və təkərləri fərqlənir. Şərtlərə uyğun velosiped sürmək gözləntilərini qarşılayaraq sürücülük performansını artırır.

 Dağ velosipedi seçimi

Şəraitə uyğun velosipediniz olduğu müddətcə havaların isinməsini gözləmədən demək olar ki, istənilən fəsildə və hava şəraitində meşə və dağ yollarına çıxa bilərsiniz.

Dağ velosipedi seçərkən bir çox detalları nəzərə almaq lazımdır. İlk növbədə təcrübəli və bilikli kadrlarla texniki xidməti olan velosiped mağazası seçmək lazımdır. Uzun müddət yanınızda olacaq bir velosiped almaq istəyirsinizsə, onun istifadəyə yararlılığına və ölçüsünə diqqət etməlisiniz. Gəlin görək hansı dağ velosipedi hansı sürmə növünə uyğundur.

İdman trail velosipedi 

Kross və marafon yolsuzluğu velosipedi 

Trail-tam dağ velosipedi 

Enduro velosipedi 

Eniş velosipedi

Bu velosipedlərə, ümumiyyətlə, idman, hobbi və əyləncə məqsədi ilə velosiped sürməkdən həzz almaq istəyənlər tərəfindən üstünlük verilir. İstifadəyə uyğun yol meşə, stabilləşdirilmiş yollar, cığırlar, şəhərdaxili yollar və sahil yollarıdır. Digər dağ velosipedi modelləri ilə müqayisədə onlar bir az daha sərfəli qiymətə malikdirlər. 


Kross və marafon yolsuzluğu velosipedi

Bu tip velosiped yolsuzluq performansı, texniki sürmə və zamanla yarışmaq istəyənlərin seçimidir. Tras kimi meşədə cığırlar, kələ-kötür, quru və ya palçıqlı torpaqdan ibarət texniki ensiz yollar-bir sözlə, çətin relyef şəraitində olan bütün yolları saymaq olar. Arzu edilərsə, asfalt yollar da alternativ ola bilər. Onların tək və ikiqat asma olmaqla iki növü var. 

Trail-tam dağ velosipedi

Yolsuzluqda sürərkən cığırları araşdırmaq və relyefdən həzz almaq istəyənlərin seçimidir. Ön və arxa iş məsafəsi 110-140 mm arasındadır. Ön və arxa asqılar kilidlənə bilən opsiyalarla mövcuddur. Tələb olunduqda açma/söndürmə (lock-out) sistemi olan modellər də mövcuddur.

Enduro velosipedi

Enduro çətin ərazi şəraitində idarə olunan, rahat və balanslı sürmək istəyənlər üçün uyğundur. Cığırlar adətən qeyri-bərabər torpaqlı meşə yollarından, kəskin döngələri olan maili qayalı və daşlı yollardan ibarətdir. O, əsasən təpə enişlərinə yaxın olan 80% enmə məzmunlu treklər üçün nəzərdə tutulub. Bununla belə o, enişli velosipedlərdən daha yüngüldür və yoxuşa çıxmaq üçün əlverişlidir.

Eniş velosipedi

Onlar qəzəbli atlılar və aqressiv eniş rəqibləri üçün seçilən velosipedlərdir. Tras kimi deyə bilərəm ki, təbiətin bizə təklif etdiyi enişli, daşlı, torpaqlı, qayalı cığırlar və hətta enişli maili kobud relyef şəraitində belə sürmək mümkündür. Onlar 100% enişlər üçün möhkəm konstruksiyada nəzərdə tutulub. Çox vaxt təkərlər yerdən kəsilir, son dərəcə maili və çətin qayalardan ibarət olan relslər üzərində uçaraq eniş edilir. 

İlk dağ velosipedi yarışınıza necə hazırlaşmalısınız?

Birinci qayda- dəbilqə

Hər bir velosipedçinin taxmalı olduğu dəbilqə yarışlarda daha çox əhəmiyyət kəsb edir. Buna görə də dəbilqə ön cərgədə mütləq olmalıdır və yarışların əsas qaydasıdır. Yarışlarda hətta yarış zamanı gəzərkən dəbilqə taxmamaq diskvalifikasiya ilə nəticələnə bilər. Dəbilqə mümkün qəzalarda təhlükəsizliyi təmin etmək üçün ən vacib elementdir.

Velosipedinizin texniki parametrləri

Dağ velosipedi yarış treki enişli-yoxuşlu texniki trekdir. Yarış zamanı avadanlıq gündəlik sürmək və məşq etməkdən qat-qat çətin olacaq. Tez-tez belə vəziyyətlərlə qarşılaşacaqsınız ki, siz qəfil əyləcdən istifadə edib sürəti qəfil dəyişdirməli olacaqsınız. Odur ki, velosipediniz baxımlı, əyləc parametrləriniz yaxşı olmalıdır.

Təkər seçimi və təkər təzyiqi

Təkərlərinizi trasın zəmininə uyğun seçməlisiniz. Palçıqlı yoldursa, qalın və seyrək protektorlu təkərləri, quru və sərt torpaqdırsa, qısa, sərt və sıx protektorlu təkərləri seçməlisiniz. Bu seçim sizə yarış zamanı daha yaxşı çıxış etməyə imkan verəcək. 

Yarış vaxtı

Sürətli startdan sonra gücünüzü qoruyun və gücünüzü yarış boyu “bölərək” davam edin. Heç vaxt risk almayın.

Yarışın qaydalarından biri də arxadan gələn sürətli idmançılara yol verməkdir. Bu səbəbdən yarış zamanı sizdən daha sürətli idmançılara yol verməlisiniz. Ancaq bunun üçün özünüzü riskə atmayın!

Yarış təcrübəsini pulla almaq olmaz, ona görə də yarışlara girərkən təcrübə qazanacaq və nə edəcəyiniz barədə məlumatınız olacaq. Heç vaxt unutmayın ki, hər yarış təcrübə, səbir qazandıracaq.

Texniki sürücülük

Güclü idmançı ola bilərsiniz, amma dağ velosipedində texnika da güc qədər vacibdir. Texniki sürücülük bacarıqlarını inkişaf etdirməklə siz sükanı yaxşı idarə edəcəksiniz.

Bəzi dırmaşma məsafələri qısa ola bilər, sizə lazım olan tək şey rampaya sürətli bir giriş etməkdir. Quraşdırdığınız dişli ilə sürətinizi qorumaq sizə qısa dırmaşmalarda sürətlə qalxmağa imkan verir. Qalxma uzun olarsa, mailliyə girmədən mümkün qədər tez başlayın və yavaş-yavaş sürəti azaldın. Başqa sözlə daha rahat əyləc çevirə biləcəyiniz yumşaq ötürücüləri götürün.

Ötürücü problem olmadan dırmaşmaq üçün ön dişlini orta ötürməyə keçirin, qalxma ilə sürəti azaldarkən, arxa ötürücüyü aşağı salmaqla sürəti saxlayın. Rəqiblərinizdən ayrılmaq istəyirsinizsə, qalxmanın sonuna yaxınlaşdığınız zaman ayağa qalxıb son bir hərəkətlə dırmaşmanı tamamlamaq faydalı ola bilər.

Eniş texnikası

Velosipedinizlə enərkən sürətiniz normal olaraq qalxmaqdan daha çox sürətli olacaq. Ona görə də eniş zamanı daha diqqətli olmaq lazımdır. Gözünüzlə daim irəliyə baxmalı və yolun istiqamətini izləməlisiniz. Maneələr və əyilmələr yolunuza daha sürətli gələcək, buna görə də əyləcdən istifadə vacibdir.

Bədən eniş texnikası üçün daha uyğun vəziyyətdə olmalıdır. Aşağı düşməzdən əvvəl yavaşlamalısınız. Əgər eniş zamanı sürətinizi tənzimləyə bilmirsinizsə, qəzaya düşməyiniz an məsələsidir.

Trasa uyğun təkər seçimi

Sürücülük zövqünü artırmaq, gücünüzü səmərəli istifadə etmək və sahədə ən yaxşı performansı əldə etmək üçün şinləri sürmə tərzinizə uyğun seçməlisiniz.

Bütün ərazi yolları

Yüksək məhsuldar, ikili şoklu velosipediniz varsa, dağ üçün şinlər almalısınız. Hər cür relyef şəraitində sürücülük təcrübəsini yaşayacağınız üçün təkər bir az sərt rezindən hazırlanmalı, onun xarici kənarları hündür və seyrək protektorlara malik olmalıdır. Orta sərtlikdə yüksək pəncələr kəskin döngələrdə, qayalı və boş çınqıl səthlərdə ərazini möhkəm tutacaq və həmişə nəzarətdə olmağınızı təmin edəcək. Bu tip şinlər boş çınqıl, daşlı və hər cür torpaq üçün uyğundur.

 Qayalı ərazi-eniş yolları

Başlığından göründüyü kimi o, bərk və parçalanmış qayaları olan yollarda istifadə olunur. Daha çox peşəkar idmançıların üstünlük verdiyi bu tip treklərdə "Downhill" və ya "Gravity" tipli velosipedlərdən istifadə edilir. Dağ velosipedi təkərlərindən daha qalın olan eniş şinləri sürüləcək ərazinin növünə görə seçilməlidir. Qalın və seyrək protektorlu təkərlər kirli torpaqlar üçün, nazik və daha sıx dişli təkərlər isə palçıqlı ərazilər üçün daha uyğundur.

Asfalt gəzintiləri (Şəhər/küçə)

Şəhərdə dağ velosipedindən istifadə etməyə üstünlük verənlər aşağıdakılara diqqət yetirməlidirlər. Seçim edərkən hündür və yumşaq dişli təkərlərdən uzaq olmaq lazımdır. Bu tip təkərlər yalnız sahədə üstünlük verir. Yumşaq və hündür pəncələr dönmə müqavimətini artıracaq və sürəti azaldacaq, yüksək pəncələr səbəbindən yol tutuşunun azalması yaş asfaltda təhlükəsiz sürüşü təmin etməyəcək. Sürətli və təhlükəsiz sürmək üçün siz sərt, dar və dişsiz təkərlər seçə bilərsiniz.

Yüngül torpaq və asfalt

Sürüşləriniz adətən asfalt üzərində olur, lakin siz də velosipedinizi yüngül torpaqlarda istifadə edirsinizsə, bu təkərlərə baxmalısınız. Yerlə təmasda olan orta protektor səthi qısa və sıx protektorlara malikdir və ya protektoru, ümumiyyətlə, yoxdur və bu təkərlərin xarici kənarlarında bir qədər yüksək və qalın protektorlar var. Beləliklə, asfaltda aşağı yuvarlanma müqavimətini təmin edən bu təkərlər sahədə təhlükəsiz hərəkəti təmin edir.

Mənbə: Red bull

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et