Bu gün:

Amazon -" Dünyanın yaşıl ürəyi"


Amazon meşəsi Yer üzündəki ən böyük tropik, bitki və heyvan növlərinin ən sıx olduğu bölgədir. Miqyasına, mürəkkəbliyinə və müxtəlifliyinə görə bənzərsiz olan Amazon Yer üzündə həyati əhəmiyyətə malik olan əsas prosesləri sabitləşdirir.


Bu təsir edici bölgə ekoloji xidmətlər təqdim edir.
Cənubi Amerikanın doqquz ölkəsini əhatə edən və 2.5 milyon kvadrat mil sahəyə (təxminən ABŞ-ın 48 ştatı böyüklüyündə) malik olan Amazon dünyanın qalan tropik meşələrinin yarısından çoxunu təmsil edir. 

Onun rütubətli, tropik bitki örtüyü şərqdə Atlantik Okeanından qərbdə And dağlarına qədər uzanır.
Meşənin şimalından keçən Amazon çayı 4,000 mil uzunluğunda axaraq dünyanın ən çox şirin su balığı növlərini özündə birləşdirir. Amazon meşəsi planetin ən zəngin və müxtəlif bioloji rezervuarıdır və milyonlarla bitki, həşərat, quş və digər canlı növlərinə ev sahibliyi edir.

Amazon meşəsinin əhəmiyyəti və yerli icma

Amazon meşəsi 120-dən çox yerli xalqlara ev sahibliyi edir. Şuar və Maicuna kimi yerli xalqlar minilliklərdir ki, Amazonda yaşayır və bu meşə haqqında dərin biliklər toplayaraq oradan yaşamaq üçün faydalanma yollarını öyrənmişlər. Amazon boyunca minlərlə bitki növü yerli icmalar tərəfindən təbii dərman kimi istifadə edilir. Araşdırmalar göstərir ki, yerli xalqların torpaq hüquqları təmin olunduğu ərazilərdə meşələrin qırılma faizi xeyli aşağı olur və həmin ərazilər qonşu torpaqlara nisbətən daha az karbon qazı buraxır.

Amazon meşəsi karbonun saxlanmasında və oksigen dövranında həyati rol oynayır

Amazon yalnız yerli və regional icmalar üçün deyil, bütün dünya üçün əhəmiyyətli təbii resurslar və xidmətlər mənbəyidir. Bu meşə dünya üzrə yağıntı rejimlərinin sabitləşməsində və atmosfer-su dövrlərinə təsir etməkdə mühüm rol oynayır. Həmçinin bölgənin bitki örtüyü böyük miqdarda karbon qazını özünə çəkərək iqlim dəyişikliyinin qarşısını almağa kömək edir. Hazırda Amazon meşələrinin ağaclarının lignin qatında 100 milyard ton karbon saxlanılır. Bundan əlavə, Amazon dünyadakı oksigenin 20 faizindən çoxunu dövriyyəyə buraxır.

Mənbə: Nature and culture international

 
Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et