Bu gün:

Tanqanyika gülüş epidemiyası necə baş verib ?


Epidemiya 30 yanvar 1962-ci ildə Tanqanikanın Kaşaşa şəhərindəki bütün qızlar üçün internat məktəbində başladı.


Şagirdlər arasında zarafat nəticəsində başlayan gülüş təsadüfi olaraq bütün internat məktəbinə yayılır. Gülüş epidemiyası internat məktəbində 12-18 yaş arasında olan 159 şagirddən 95-nə təsir edir. Tapıntılara görə, epidemiyanın təsiri insandan insana dəyişir. Bəzi insanlar üçün bir neçə saat çəkdi, bəziləri üçün düz 16 gün davam etdi.


Müəllimlər bu epidemiyadan təsirlənməsələr də, qarşısını ala bilməyiblər. Şagirdlərin diqqətlərini dərslərinə cəmləyə bilmədiklərini deyən müəllimlər 1962-ci il martın 18-də məktəbin bağlanmasını və həmin tarixdə məktəbin bağlanmasını istəyiblər.


Məktəb bağlandı, amma gülüş epidemiyası hələ də davam edirdi. Tanqanikanın Nşamba kəndində 217 nəfər, o cümlədən məktəb yaşlı uşaqlar və gənclər aprel və may aylarında epidemiyadan təsirlənərək əyləniblər.

Mayın 21-də Kaşaşadakı məktəb yenidən açılıb. Maydan iyun ayına qədər açıq qalan məktəb sayəsində epidemiya Bukoba ətrafına da yayılıb və beləliklə, daha 48 nəfər epidemiyaya məruz qalıb.


Bundan sonra səlahiyyətlilər hərəkətə keçib və epidemiyanın baş verdiyi məktəbə qarşı iddia qaldırılıb.
Məktəbdə oxuyan şagirdlər ətraf kəndlərdəki məktəblərə paylanıb. Ətraf kəndlərdəki məktəblərə gedən qızlar orada da oxşar təsir bağışlasalar da, epidemiya başlayandan 6-8 ay sonra tamamilə bitib.

Bu məsələ ilə əlaqədar Tanqanikada ümumilikdə 14 məktəb bağlanıb. Hadisə nəticəsində 1000-ə yaxın insan zərər çəkib. Bu hadisə nəticəsində həmin ərazidə bir çox gənc ağrılar, huşunu itirmə kimi hallardan  əziyyət çəkirdi.


Bəs belə bir hadisə necə baş verdi?


Ekspertlərin fikrincə, bu vəziyyətin səbəbi sosial isteriyadır. Sosial isteriya adətən çox güclü olmayan icmalarda baş verir və aşağı statuslu insanlar üçün son çarədir. Bir şeyin səhv olduğunu ifadə etmək üsuludur.

Purdue Universitetindən Charles F. Hempelmann, Tanqanika gülüş epidemiyasının "stres"dən qaynaqlandığını bildirdi. Tanqanika 1962-ci ildə müstəqilliyini əldə etdi. Bu səbəblə tələbələr  müəllimlərin və ailələrin onlardan daha çox gözləntilərinin olduğunu və həddindən artıq stress yaşadıqlarını bildiriblər. Tələbələr belə bir qaçış yolu tapdılar və tarixin ən maraqlı hadisələrindən birinə nail oldular.


Tərcümə etdi: Minə Ələkbərova

Paylaş
Şərh əlavə et