
Roanoke koloniyası, 1587-ci ildə İngiltərənin Şimali Amerikada yaratmağa çalışdığı ilk daimi yaşayış məskənlərindən biri idi. Bu koloniya müəmmalı şəkildə yoxa çıxdığı üçün "İtmiş Koloniya" adı ilə tanınır. Koloniyanın başına nə gəldiyi isə hələ də izah olunmamış ən böyük tarixi sirrlərdən biridir.
Roanoke koloniyası, Şimali Karolina ştatının Atlantik sahilində yerləşən Roanoke adasında yaradılmışdır. Bu layihə, İngiltərə Kraliçası I Yelizavetanın dövründə, Amerika ərazilərində koloniyalar qurmaq məqsədilə həyata keçirilən cəhdlərdən biri idi. 1585-ci ildə İngilis kəşfiyyatçısı Sir Walter Raleigh, Kraliçadan torpaq mülkiyyəti alaraq adada koloniya qurmağı planlaşdırdı. Lakin ilk məskunlaşma uğursuz oldu və kolonistlər İngiltərəyə qayıtmaq məcburiyyətində qaldılar.
1587-ci ildə John White rəhbərliyində yeni bir qrup kolonist Roanoke adasına gəldi və məskunlaşmağa başladı. Bu dəfə daha geniş bir qrupdan, ailələrdən ibarət idi və məqsəd daha daimi bir yaşayış məskəni yaratmaq idi. Lakin qısa müddət sonra qida və digər resursların çatışmazlığı problemi ortaya çıxdı. Buna görə də John White İngiltərəyə qayıdaraq koloniya üçün lazımi resursları toplayıb kömək gətirməyi planlaşdırdı.
Koloniyanın yoxa çıxması:
John White İngiltərəyə qayıtdıqdan sonra, ölkədə İspaniya ilə müharibə başladığı üçün (İspan armadası ilə mübarizə) üç il ərzində Roanoke adasına geri dönə bilməyib. Nəhayət, 1590-cı ildə White adaya qayıdıb, lakin koloniyanı tamamilə boş və dağıdılmış vəziyyətdə tapıb. Koloniyanın 100-dən çox sakini müəmmalı şəkildə yoxa çıxıb. Axtarış zamanı yalnız bir iz tapılıb - bir ağacın üzərində həkk olunmuş “Croatoan ” sözü və digər bir ağacda “Cro” sözləri yazılıb.
Mənbə: Dmex
Tərcümə etdi: Dilbər Paşazadə
