Bu gün:

Dünyada niyə bu qədər fərqli dil var?



İnsanlar eyni dildə danışsaydı, həyat nə qədər asan olardı, elə deyilmi? Dünyada 7 mindən çox dilin olduğu təxmin edilir. Deməli, hamının ortaq dildə danışması bu dəqiqə utopik görünə bilər. 


Ancaq uzun illər əvvəl bütün insanların eyni dildə danışdığı düşünülürdü. Ancaq bu insanlar bir səhər yuxudan duranda heç kimlə ünsiyyət qura bilməyəcəklərini başa düşüblər.

Gəlin dünyada fərqli dillərin niyə danışıldığını izah edən Babil əfsanəsini öyrənək. 


Neçə dil bilirsiniz? 1, 2, 3 və ya 4? Nə qədər dil öyrənsən də, dünyada bütün dilləri bilmək mümkün deyil. Əslində, dünyada 7 mindən çox dilin olduğu təxmin edilir. Əgər bütün bəşəriyyət eyni dildə danışsaydı, hər şey çox asan olardı, insanlar ortaq duyğuları və mədəniyyəti bölüşərdilər. Əslində, uzun illər əvvəl belə olduğu barədə bir əfsanə var.


Babillilər çox xoşbəxt həyat sürürdülər. Dünyanın 7 Möcüzəsindən biri sayılan Babilin Asma Bağları orada yaşayan insanlara böyük gözəlliklər bəxş edirdi. 

Babildə yaşayan insanlar bundan daha çox şey istəyirdilər və Allahlarına yaxınlaşıb onlara çatmaq üçün bir qüllə tikməyə başlayıblar. Marduk tanrısının adına tikilən bu qüllə insanların əməkdaşlığı ilə yüksəlməyə başlayıb. 5 min il əvvəl inşa edildiyi düşünülən bu qüllə ahənglə yüksəlməyə davam etib.

İnsanlar inanırdılar ki, Allah ilə sıx bağlı olmaqla hər iki dünyanı gözəlləşdirə bilərlər. Göyə qalxan bir nərdivanla insanlar və Tanrı daha yaxın ola bilərdi. 

Rəvayətə görə, Allah insanların Allaha çatması fikrini sevmirdi. Qüllə isə günü-gündən ucalaşırdı. Allah qülləni görəndə insanların nəfsinə qəzəblənib. Onların bu cəhdi sözün əsl mənasında hörmətsizlik idi.

Tanrı həm xalqı cəzalandıran, həm də qüllənin tikintisini dayandıran bir çarə tapıb. İnsanların ünsiyyətinə mane olmaq üçün onların dilini dəyişdirir. Nəticədə insanlar bir-biri ilə anlaşa bilməyiblər! 

Ehtimal olunur ki, bu mifə dini nöqteyi-nəzərdən yanaşılmışdır, xüsusən də yəhudilik və xristianlıqda. “Tanrının kamil ağlı”nın ön plana çıxdığı bu əfsanədə insan təkəbbürünün əslində nə qədər mənasız olduğuna diqqət çəkilir. O vaxtdan bəri insanlar yenidən öz dillərini tapmağa çalışırlar. Ərəb, latın, ivrit, yunan, hətta ingiliscə... Dil baryerləri süni intellektlə aradan qaldırılsa da, bəşəriyyət hələ də öz ilk dilini tapmayıb!


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et