Jaklin şübhəsiz ki, dövrünün stil ikonasıdır. Pillbox papağı, tüvit kostyumları, buffant saç düzümü və mirvari boyunbağıları Amerikanın keçmiş birinci xanımının vizit kartı idi.
Bu gün milyonlarla insanın heyran qaldığı qadının əsas zinət əşyalarının baxacayıq.
Van Cleef & Arpels-dən nişan üzüyü
Məşhur zərgərlik evindən heyrətamiz brilyant və zümrüd üzük.
Üzük dizaynının ideyası Napoleonun məşhur Jozefina üzüyü kimi iki sevgilini təmsil edən iki daşı birləşdirməkdir.
Jaklinin'nin sevimli bilərzikləri
Con Kennedi toydan əvvəl gələcək həyat yoldaşına mirvarili bilərzik hədiyyə edib. Qolbaq Jaklinin'nin toy görünüşünə mükəmməl uyğunlaşıb. Bilərzik indi Bostondakı Con Kennedi Muzeyində saxlanılır.
Daha sonra birinci xanım daha bir oxşar qolbağa sahib olub, bu qolbağı ömrü boyu taxıb.
Zümrüd üzük
Con Kennedi evliliklərinin 10-cu ildönümü üçün həyat yoldaşına zərif Van Cleef & Arpels zümrüd üzüyü hədiyyə edib. Kennedinin ölümündən sonra Jaklin zinət əşyasının dizaynını dəyişib.Kiçik oğlunun faciəvi ölümündən sonra hər üç üzük Jaklin və Conun qızı Karolin Kennediyə məxsusdur.
Mirvari boyunbağılar
Jaklinin kolleksiyasında bir neçə mirvari boyunbağı var idi. Onlardan biri İngiltərənin hərracı Bonhams-da 47.000 dollar dəyərində qiymətləndirilib. Təbii ki, bu, saxta mirvarilər üçün çox bahadır, lakin bu, Jacqueline-nin əfsanəvi qarderobunun bir hissəsidir.
Mənbə: dzen. Ru
Tərcümə etdi:Fatimə Umarbəy
